Rövşanə Ağasəfqızı: 'Xəyanətə qatlaşan qadına heykəl qoyulmalıdır' - VİDEO
Aparıcı Rövşanə Ağasəfqızı yeni açıqlması ilə diqqət çəkib.
Azxeber.com xəbər verir ki, "Üzə-düz" proqramına qonaq olan aparıcı xəyanətlə üzləşən qadınlardan danışıb. Ağasəfqızı həmin xanımlara heykəl qoyulmalı olduğunu bildirib:
"Ölüm və doğum tarixi arasında bir xətt var. O xətti sən necə, hansı tərzdə yaşayırsan, bu sənə aiddir. Bacar yaxşı yaşa, xoşbəxt ol. Hər şeyi tanrının boynuna yükləmə. Kimsəyə görə həyatını qurban vermə. Mən xəyanətlə yaşaya bilmərəm. Başqa bir qadının yanından mənim yanıma gələcəksə, ya mən qisas alacam mütləq, ya üz çevirib gedəcəm, ya da orda da kitabı bağlayacağıq. Xəyanətə qatlaşıb yaşayan qadınlar iqtisadi baxımdan ərlərindən asılıdırlar, uşaq naminə dözür.
Təsəvvür edin, o qadın nə qədər əzab çəkir, özünü fəda edir. Əslində o qadına heykəl qoyulmalıdır. Yəni, özünə hörmət edən qadın əziyyət çəkəcək. Ya da kişi xəyanətini bildirməməlidir. Hansı kişi gəlib deyər ki, xəyanət etmişəm, bu çox gülməli olar. Bir məsələ də var. Mən deyə bilmərəm ki, xəyanət etməyən kişi yoxdur. Ömür boyu bir qadınla yaşayan, həyat yoldaşlarını sevən kişilər də var. Mən isə heç nəyi unutmuram: nə yaxşılığı, nə pisliyi. Xəyanəti də unutmuram. Beynimin bir küncündə ilişib, qalır. Oyatmıram, etsəm, xoşagəlməz varlığa çevrilə bilərəm".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
"Hər həftə bir ev alırdım
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib