Rusiya günahını etiraf etməli, günahkarlar cəzalandırılmalıdır

Rusiya günahını etiraf etməli, günahkarlar cəzalandırılmalıdırDekabrın 25-də Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi Çeçenistanda enməli olsa da sonradan təyyarə Qazaxstanın Aktau hava limanına yönəldilib və orada qəzaya uğrayıb. Nəticədə göyərtədə olan 67 nəfərdən 38-i dünyasını dəyişib, 29-u yaralanıb.
Azərbaycan Prezidenti cənab İlham Əliyev Az.TV-yə müsahibəsində təyyarəmizin  Rusiya tərəfindən vurulduğunu deyib və qeyd edib ki, Rusiya Azərbaycandan üzr istəsə də digər şərtləri yerinə yetirməyib. Belə ki, Rusiya günahını etiraf etməli, günahkarlar cəzalandırılmalı və Azərbaycan dövlətinə, eyni zamanda zərərçəkmişlərin ailəsinə təzminat ödənilməlidir. 
Lakin təyyarənin qəzaya uğramasından sonra Rusiya tərəfi hadisəni ört basdır etmək istəmişdi. Rusiya tərəfi gah təyyarənin qəzaya uğramasını quş sürüsü ilə toqquşması, gah da qaz balonunun partlaması ilə əlaqələndirməyə çalışır. Lakin, bu, versiyaların hər ikisi qəbulolunmazdır. Çünki, təyyarə xaricdən bir neçə dəfə zədə alıb, və idarəetmə demək olar ki, itirilib. Qəhrəman pilotlar öz peşəkarlıqları nəticəsində raketlə vurulmuş, idarəetməsi itmiş bir təyyarəni öz həyatları bahasına ön təkər üzərinə endirmişlər. Bələdçilər son ana kimi dözümlülük, rəşadət göstərərək sərnişinləri sakit olmağa, yerlərində əyləşərək kəmərləri bağlamağa çağırmışlar. 
Hər iki pilot və bir bələdçi bu qəzada həlak olmuşdur.
Azərbaycanın Dövlət başçısı müsahibəsində eyni zamanda qeyd etmişdir: Mən də vida mərasimində iştirak etdim, həlak olan ekipaj üzvlərinin yaxınlarına başsağlığı verdim. Bu gün ekipaj üzvlərinin təltifi ilə bağlı mənim Sərəncamım olacaq. Mən onların fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirirəm. Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərmişlər ki, idarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə edirdilər. Baxmayaraq, təbii ki, pilotlar təcrübəli pilotlar idi və bilirdilər ki, onlar bu qəza enişindən sağ çıxa bilməyəcəklər. Ancaq sərnişinləri xilas etmək üçün onlar maksimum qəhrəmanlıq göstərmişlər və məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar var. Məhz bunun nəticəsində bu gün biz tam açıq-aydın deyə bilərik ki, təyyarə Rusiya tərəfindən vuruldu. Bax, bu faktdır və bu faktı heç kim dana bilməz.
Pilotlat və ekipaj üzvləri-onlar həm peşəkarlıq, həm soyuqqanlılıq göstərmişlər. Xüsusilə mən qadın ekipaj üzvlərini qiymətləndirməliyəm. Onlar özləri stres vəziyyətində idi. Ancaq sərnişinləri sakitləşdirmək, təyyarənin içində xaos vəziyyəti yaratmamaq üçün görün, onlar nə qədər insani davranış göstərmişlər. Onların fəaliyyəti Azərbaycan tərəfindən layiqincə qiymətləndiriləcək.
Azərbaycan Respublikasının Prezidentinin  29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Embraer 190" tipli  sərnişin təyyarəsi Bakı-Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə Kşnyakin İqor İvanoviç (ölümündən sonra), Kalyaninov Aleksandr Georgiyeviç (ölümündən sonra), Əliyeva Hökümə Cəlil qızı (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı, Əsədov Zülfüqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı isə 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif ediliblər.
Aytac Quliyeva 
Vətən müharibəsi şəhidi Hətəmxan Quliyevin həyat yoldaşı / azxeber.com

Siyasi       Tarix: 31 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind


azerbaycan xeberleri son xeberler yeni xeberler en yeni xeberler sou xeberler sosial yardim bu gune olan xeberler