Rusiya hərbçiləri Qazaxla sərhəddə quraşdırdıqları kazarmaları sökürlər
Rusiya ordusunun bölmələri Ermənistanın Azərbaycanla sərhəddində yerləşən Voskepar kəndindəki modul kazarmaları sökməyə başlayıblar.
KONKRET.az xəbər verir ki, bu barədə ermənistanlı jurnalist Voskan Sarkisyan məlumat verib.
"Artıq 4-5 gündür ki, yük maşınları Voskepar kəndinin inzibati ərazisində dövlətlərarası avtomobil yolunun kənarında dayanır. Onlar modul kazarmaları sökərək başqa yerə daşıyırlar. Voskepar sakinləri kazarma hissələrinin hara aparıldığını bilmirlər. Bəziləri onların Ararata, bəziləri isə Rusiyaya aparıldıqlarını düşünürlər", – deyə jurnalist qeyd edib.
Xəbərdə həmçinin qeyd olunur ki, Rusiya hərbçiləri Azərbaycanla sərhəddə yerləşən Voskepara 2021-ci il avqustun əvvəlində gəliblər. Əvvəlcə hərbçilər kəndin kənarındakı tərk edilmiş evlərdən birində yaşayıblar, bir müddət sonra isə onlar üçün modul kazarmalar quraşdırılıb. Ehtimal edilirdi ki, Rusiya hərbçiləri Azərbaycanla sərhədin bu hissəsində demarkasiya prosesində iştirak etməli idilər, lakin bu, baş vermədi./Oxu.az

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi