Rusiya hücum edib Paşinyanı devirəcək - "Müharibə riski böyükdür"

Xəbər verdiyimiz kimi, 2-3 avqust tarixlərində ABŞ-nin Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından Ermənistanın Zvartnots hava limanına 2 hərbi təyyarə qalxıb. Ehtimallara görə, həmin təyyarələlə Ermənistana ABŞ istehsalı olan yeni nəsil silahlar – snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri və zirehli texnikalar gətirilib. Siyahıya xüsusi təyinatlılar üçün mini-hücum pilotsuz təyyarələri, kiçik ölçülü minalar və digər döyüş sursatları da daxildir.
Maraqlıdır, Azərbaycanla sülh müqaviləsi imzalamaqda maraqlı olduğunu bəyan edən Ermənistanın silahlanması müharibə ehtimalını artırırmı?
Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi məsələlər üzrə ekspert Şair Ramaldanov Ermənistanın sülhdən prosesindən uzaqlaşmaq siyasəti götürdüyünü deyir:
Rusiya hücum edib Paşinyanı devirəcək - "Paşinyan administrasiyası hiyləgər mövqe tutub, sülhdən getdikcə uzaqlaşırlar. Sərhəddə vəziyyəti gərginləşdirmək cəhdləri də bununla bağlıdır. Ermənistan havadarlarına arxalanaraq yeni müharibə ocağı yaratmağa çalışır. Paşinyan, ABŞ və Fransanın diqtəsi ilə hərəkət edir və bütün olanlara görə məsuliyyəti də o daşıyacaq. Aydındır ki, Ordumuz tərəfindən təxribatlara ən sərt şəkildə cavab veriləcək. Azərbaycan illərdir davam edən separatizmə son qoyub, biz indi sülh istəyirik. Amma qarşı tərəf sakitləşmək istəmir, xain addımlarına davam edir".
Ekspert ABŞ və Fransanın bölgə üçün təhlükəli oyunlar qurduğunu düşünür:
"Böyük layihələr Cənubi Qafqazdan keçir. Ermənistan da çalışır ki, ABŞ və Fransa kimi ölkələri bölgəyə cəlb etsin. Bu, region üçün heç də yaxşı şeylər vəd etmir. Amma unutmayaq ki, ABŞ və Fransanın əsas hədəfi Azərbaycan yox, Rusiyadır. Onlar şimal qonşumuzu bölgədən çıxarmağa çalışırlar. Lakin indiki məqamda bu mümkünsüz görünür. Gürcüstanda gedən proseslər çox şeydən xəbər verir. Azərbaycan müstəqil siyasət yürüdür. Ermənistanın isə birmənalı şəkildə Qərbə yönəlməsi Cənubi Qafqazda proseslərin təhlükəli məcraya girməsini şərtləndirir".
Ş.Ramaldanov Paşinyan hakimiyyətinin Rusiyadan uzaqlaşmasının ciddi nəticələrə səbəb olacağını vurğulayıb:
"Fransa kimi ölkələr guya erməniləri bizdən qorumağa çalşırlar. Əslində isə onların müdaxiləsi olmasa, qısa müddət ərzində sülh müqaviləsi imzalana bilər. Sözügedən ölkələr bölgədə qalmaq üçün Ermənistanı təxribatlara çəkir. Lakin düşünürəm ki, rusların Ermənistana təsir imkanları həddindən artıq çoxdur. Paşinyan KTMT ilə bağlı məsələdə də ikili oynayır. O, çalışır ki, həm Rusiyadan, həm də Qərbdən dəstək alsın. Dediyim kimi, Rusiyanın Paşinyan rəhbərliyinə qarşı bir çox təsir vasitələri var. Bunların sonuncusu hərbi müdaxilədir. Ermənistan havadarlarının himayəsi altında atmamalı olduğu addımları atır. Vəziyyət belə davam edərsə, Rusiya Ermənistana müdaxilə edəcək və Paşinyan postundan salınacaq. Onun yerinə isə sülh istəyən, ikili oyun oynamayan biri gətiriləcək. Hazırda yeni təxribatların olacağı gözlənilir, eskolasiya riski çoxdur".
Məlik Məlikov,
KONKRET.az

Siyasi       Tarix: 07 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?

ABŞ Prezidenti Donald Tramp administrasiyası İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Arakçının Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsində iştirak etmələri üçün vizalar

Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin indiki məqamda müharibənin bitməsinə qərar verməsinin rus ordusunda mübahisə doğuracağını bildirib. "Putin əsgərlərin qəzəbli şəkildə geri qayıdı

XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibinin 17 sentyabr tarixli açıqlamasında Azərbaycana səyahət xəbərdarlığını "özbaşına saxlanılma və ədalətsiz məhkəmə araşdırması riski" iddiaları ilə əsaslandırmağ

Lavrov: "Avropa İttifaqı Ermənistanı aldadacaq"

Rusiya xarici işlər naziri Sergey Lavrov Aİ hakimiyyətinin avrointeqrasiya məsələsində Ermənistanı aldadacağını bildirib. KONKRET.azxəbər verir ki, bu barədə Rusiyanın RT nəşri yazıb. Lavrov Ermənistanın Aİ-yə necə daxi

Alen Simonyan Moskvadan soruşdu: "Baza mövzusunu kim qaldırıb?"

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib ki, Gümrüdəki Rusiya 102-ci hərbi bazasının mövzusunu İrəvan qaldırmayıb. Ermənistan KİV-inə istinadən xəbər verir ki, jurnalistlərə açıqlamasında Simonyan bildiri

Paşinyan TRIPP-lə bağlı məsələyə nöqtə qoydu: İkisi də Azərbaycanda olacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan "Tramp marşrutu"nun iki giriş və iki çıxışının Azərbaycanda olacağını bildirib. O, TRIPP-ın Azərbaycan sərhədindən başlayıb Azərbaycanın sərhədində bitəcəyini söyləyib. "Saziş

Qarabağa diplomatik səfər və Ermənistanın "suverenlik sınağı"

Bəzən bir diplomatik səfər uzun siyasi bəyanatlardan daha çox həqiqəti üzə çıxarır. Sentyabrın 11–12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri də məhz bel

Azərbaycanın Qafqaz və Türk dünyası siyasəti – "Bu, tarixi ənənənin davamıdır"

Azərbaycan həm Qafqazın, həm də Türk dünyasının ayrılmaz hissəsi kimi regional və beynəlxalq proseslərdə mühüm rol oynayır. Ölkənin yerləşdiyi strateji coğrafiya, tarixi-mədəni bağları və həyata keçirdiyi siyasət onu Qafqazl

İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da paytaxtın Qaradağ rayonunda 100 MVt gücündə "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. xəbər verir ki, energetika nazir


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxeberler son.xabar ən son xəbərlər son xəbərlər