"Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur" - Hacıbəy Heydərli
"Dünyada fəaliyyət göstərən bütün beynəlxalq təşkilatlara uzun illərdir bəllidir ki, Rusiyada jurnalistika demokratik cəmiyyətlərdəki kimi azad və obyektiv rolunu yerinə yetirə bilmir. Dövlətin sərt nəzarəti, senzura, həbslər və informasiya məhdudiyyətləri müstəqil medianı tamamilə sıradan çıxarıb. Bu baxımdan da Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan, jurnalistikadan, obyektivlikdən və söz azadlığından danışmağa mənəvi haqqı yoxdur".
Bu sözləri "Report"a açıqlamasında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli deyib.
O Rusiya Jurnalistlər İttifaqının "Sputnik Azərbaycan" agentliyinin əməkdaşlarının həbsi ilə bağlı beynəlxalq təşkilatlara, jurnalist və hüquq müdafiəsi assosiasiyalarına ünvanlanan məktubuna münasibət bildirərkən deyib:
"Rusiya Jurnalistlər İttifaqı (RJİ) "Sputnik Azərbaycan"ın saxlanılmış əməkdaşlarını "jurnalist" statusu ilə müdafiə etməyə cəhd göstərməklə həm peşə etikasını pozur, həm də özünün uzun illər ərzində nümayiş etdirdiyi qeyri-obyektiv və siyasi yönümlü mövqeyini bir daha təsdiqləmiş olur.
Beynəlxalq təşkilatlar bilməlidir ki, həmin şəxslər Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FTX) ilə əməkdaşlıq ediblər və jurnalist fəaliyyəti ilə bağlı olmayan tapşırıqları yerinə yetirmək məqsədilə Azərbaycanda olublar.
Hacıbəy Heydərli qeyd edib ki, onlar jurnalist fəaliyyətinə görə həbs edilməyiblər:
"Bu, onların adi jurnalist kimi deyil, siyasi və kəşfiyyat xarakterli fəaliyyətlə məşğul olmalarını ortaya qoyur.
Belə hallarda həmin şəxslərin saxlanılması hüquqi baxımdan tam əsaslandırılmış və mövcud qanunvericiliyə uyğun addımdır. Beynəlxalq standartlara görə də, əgər hər hansı şəxsin xarici xüsusi xidmət orqanları ilə əlaqəsi sübuta yetirilərsə, bu, onun ölkənin milli təhlükəsizliyinə təhlükə törətməsi kimi qiymətləndirilir və müvafiq tədbirlər görülür".
MŞ İdarə Heyətinin üzvü Rusiya Jurnalistlər İttifaqının Rusiyada jurnalist təqiblərinə səs qaldığını bildirib:
"Hazırda Rusiyada ən təhlükəli peşələrdən biri, bəlkə də birincisi jurnalistikadır. Son illərdə bu ölkədə xeyli jurnalist ya qətlə yetirilib, ya həbs edilib, ya da sürgünə göndərilib. Dünyada Rusiya qədər jurnalistlərə basqı edən, təqibə məruz qoyan barmaqla sayılacaq qədər az ölkə var.
Rusiya Jurnalistlər İttifaqı isə bütün bu neqativ olaylara, jurnalistikanın boğulmasına, tanınmış jurnalistlərin qətllərinə səssiz qalıb və prinsipial mövqeyi nümayiş etdirməyib. Onun fəaliyyəti formal, ehtiyatlı və çox zaman rejimlə uzlaşan bir xarakter daşıyıb. Bu səbəbdən Rusiya daxilində və xaricində yaşayan müstəqil jurnalistlər, beynəlxalq təşkilatlar Rusiya Jurnalistlər İttifaqını etibarlı müdafiə platforması və etibarlı jurnalist təşkilatı kimi görmürlər. RJİ sadəcə hakimiyyətin dediyini edən təbliğatçı bir qurumdur".
Kurslar.az kurslar [newsid: 0-123300]

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
Azərbaycan nefti bahalaşdı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi