Rusiya Tartusu itirdi: donanması hansı ölkəyə yerləşəcək?

Rusiya Tartusu itirdi: donanması hansı ölkəyə yerləşəcək?Suriyanın Tartusdakı hərbi dəniz bazasının itirilməsi Rusiyanın Aralıq dənizindən tamamilə çıxması üçün təhlükə yaradır.
KONKRET.az xəbər verir ki, bunu Belçika Hərbi Dəniz Qüvvələrinin keçmiş zabiti Frederik Van Lokeren bildirib.
O qeyd edir ki, Tartus bazası ruslar üçün demək olar ki, ideal idi: bura Süveyş kanalı və Türkiyə boğazlarına yaxın, lakin Aralıq dənizinin qərbində cəmləşmiş NATO-nun əsas hərbi dəniz bazalarından müəyyən məsafədə yerləşir.
"Rusiya dəniz donanması əməliyyat qrupunun nisbətən kiçik olmasına və məhdud döyüş imkanlarına baxmayaraq, Tartusun yeri və döyüş gəmilərində daşınan silahlar Rusiyaya Aralıq dənizində kiçik də olsa, təhlükə yaratmağa imkan verirdi", – Lokeren vurğulayıb.
Onun fikrincə, Rusiyanın indi seçimi var: ya Aralıq dənizini tərk edəcək, ya da öz donanmasının dünyanın bu hissəsində daimi bazası üçün tez bir zamanda alternativ hərbi dəniz bazası axtaracaq:
"Nəzəri olaraq, Rusiya donanması Misir, Əlcəzair, Sudan və ya Liviya kimi regionun digər dost ölkələrində də yerləşə bilər. Bununla belə, bu variantların hər birinin Tartus ilə müqayisədə darboğazları var".
Qeyd edək ki, Suriya hakimiyyətini ələ alan "Heyət Təhrir əş-Şam" Rusiya bazalarının təhlükəsizliyinə təminat verib./axaraz

Siyasi       Tarix: 11 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu


azerbaycan xeberleri son xeberler yeni xeberler en son xeber krimnal xeber en son xeberler xəbər