Rusiya və Çin birgə dəniz təlimlərinə başladı
Uzaq Şərqdə Rusiya-Çin dəniz qüvvələrinin "Beybu/Qarşılıqlı əlaqə – 2024" təlimləri başlayıb.
Bu barədə KONKRET.az "İnterfaks"a istinadən xəbər verir.
Rusiyanın Sakit Okean Donanmasının və Çin Hərbi Dəniz Qüvvələrinin döyüş gəmilərindən ibarət dəstə artıq təlimlər keçirmək üçün Vladivostokdan dənizə çıxıblar.
Rusiya tərəfdən təlimlərdə sualtı qayıq əleyhinə "Admiral Panteleyev" və "Admiral Tributs" iri gəmilər, "MPK-82" və "MPK-107" sualtı qayıq əleyhinə kiçik gəmilər, həmçinin "Smerç" kiçik raket gəmisi, Çin tərəfdən isə "Xining" və "Wuxi" esminesləri, "Lin Yi" freqatı və "Taihu" kompleks təchizat gəmisi iştirak edəcək.
"Bir həftə ərzində Yapon dənizində gəmilərdən ibarət birgə dəstə qorunmayan vəziyyətdə sahildə yerləşməklə şərti düşmənin havadan, sudan və su altından hücumunu dəf etməyi, birgə manevr və müdafiəni məşq edəcək", – məlumatda deyilir.

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb