"Rusiya və Fransanın Cənubi Qafqazdakı maraqları üst-üstə düşür" – Natiq Cəfərli

"Fransanın Azərbaycana qarşı mövqeyi tamamilə anlaşılmaz, qeyri-konstruktiv və beynəlxalq hüquqa ziddir". 
Bu sözləri KONKRET.az-a açıqlamasında Respublikaçı Alternativ Partiyasının icraçı katibi Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, Fransanın Avropa və xarici işlər naziri Stefan Sejournenin ABŞ dövlət katibi Entoni Blinken ilə Parisdəki birgə mətbuat konfransında Azərbaycanın ünvanına söylədiyi fikirlərin heç bir əsası yoxdur:
"Dünya ictimaiyyətində yanlış rəy yaratmağa çalışırlar ki,  Azərbaycan təcavüzkardır. Halbuki Azərbaycanın özü 30 il ərzində işğala məruz qalıb. Həmin o Fransa da Minsk qrupunun həmsədri ola-ola bu işğalın sona çatması naminə heç bir iş görməyib. Belə mövqe isə Cənubi Qafqazda sülh prosesinin əldə olunmasının qarşısını kəsən amillərdən birinə çevrilib".
N.Cəfərli xatırladıb ki, hazırda Cənubi Qafqazda sülhün bərqərar olmasına mane olan ölkələrdən biri Rusiyadır. "Kremldə hesab edirlər ki, sülh müqaviləsi imzalanaan kimi Rusiyanın bölgədəki təsiri azalacaq. Belə çıxır ki, Rusiya ilə Fransa zahirən düşmən və rəqib olsalar, Ukrayna məsələsində qarşı-qarşıya gəlsələr də, Cənubi Qafqazda maraqları üst-üstə düşür".
REAL-ın icraçı katibi nəzərə çatdırıb ki, bu gün kim Cənubi Qafqazda sülh istəmirsə və sülhə mane olursa, məhz Rusiyanın maraqlarına xidmət edir": "Bunu dünya ictimaiyyətinə belə də təqdim etmək lazımdır. Çünki Fransanın mövqeyi beynəlxalq hüququ kobudcasına tapdalayan, məntiqə zidd olan mövqedir".
Xatirə SADİQ,
KONKRET.az

Siyasi       Tarix: 04 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək

Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ild

Pakistan prezidenti İlham Əliyevi təbrik etdi

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakista


yeni xeberler son xeberler azerbaycan xeberleri bugunun xeberleri bugünkü son xəbərlər bu gune olan xeberler ən son xəbərlər