Rusiya və Ukrayna İstanbulda razılığa yaxınlaşır – Atəşkəs və əsir mübadiləsi müzakirə olunub
Mayın 16-da İstanbulda Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna nümayəndə heyətləri arasında birbaşa danışıqlar baş tutub.
KONKRET.az xəbər verir ki, görüşdə tərəflər əsirlərin "1000-ə qarşı 1000" formatında mübadiləsi və atəşkəsin mümkünlüyü ilə bağlı məsələləri müzakirə ediblər. Türkiyənin xarici işlər naziri Hakan Fidan bu görüşü "qlobal sülhə doğru atılmış mühüm addım" adlandırıb.
Tərəflər atəşkəsə nail olunması üçün zəruri şərtlərin yazılı şəkildə qarşılıqlı təqdim edilməsinə razılaşıblar və növbəti görüşün keçirilməsini də razılaşdırıblar.
Ukraynanın müdafiə naziri Rustem Umerov görüşün əsas mövzusunun məhz əsir mübadiləsi və atəşkəs məsələsi olduğunu təsdiqləyib. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski isə danışıqların nəticələrindən hər iki tərəfin razı qaldığını və dialoqu davam etdirməyə hazır olduqlarını bildirib.
Ukrayna tərəfi görüş zamanı Prezident Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında birbaşa danışıqların təşkili təşəbbüsünü irəli sürüb. Rusiya tərəfi bu təklifi "nəzərə aldıqlarını" bəyan edib.
Bu arada, Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyi sammitinin kuluarlarında Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Mers, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Polşanın sabiq Baş naziri Donald Tusk ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıblar. Ukrayna Prezident Administrasiyasının müşaviri Sergey Leşenko sözügedən danışığın detalları barədə daha sonra məlumat veriləcəyini bildirib.
Müşviq Tofiqoğlu
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir