Rusiyadan İrana çəkiləcək qaz kəməri Azərbaycandan keçəcək
Rusiya və İran Azərbaycandan keçən qaz kəməri marşrutu ilə bağlı razılığa gəliblər və tədarükün qiymətinin razılaşdırılması üzrə danışıqlar yekun mərhələdədir.
KONKRET.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın energetika naziri Sergey Tsivilyev bildirib.
"Hazırda danışıqların yekun mərhələsindəyik – qiymətin təsdiqi üzərində işləyirik. Həcmlər artıq müəyyən edilib. Qiymət həmişə kommersiya məsələsidir, kompromis axtarışıdır, ona görə də hər iki tərəfdən işçi qrupları yaradılıb və mütəxəssislər qiymət müəyyənləşdirilməsinə yanaşma hazırlayır", – o deyib.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin bəyan etmişdi ki, Rusiyadan İrana qaz kəmərinin çəkilməsi layihəsi davam edir, birinci mərhələdə tədarük potensial olaraq 2 milyard kubmetr təşkil edəcək və perspektivdə bunu 55 milyard kubmetrə çatdırmaq imkanı var.//Report
Kurslar.az kurslar [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi