"Rusiyanın çətiri altından çıx, hələ ona düşmən də kəsil. Bu adamlarda ağıl var?"
"Cənubi Qafqazda xarici siyasi vektoru Qərbə yönələcək təhlükəsiz Ermənistan ola bilməz. Üstəlik, Qərbi seçən bir ölkə öz fiziki mövcudluğunu itirəcək".
KONKRET.azxəbər verir ki, bu sözləri Politoloq Qrant Mikayelyan bildirib.
"Hətta Türkiyə BRİKS-ə üzv olmaq istəyirsə, Ermənistan necə Qərbin bir hissəsi ola bilər?", – deyə Mikayelyan bildirib.
Onun sözlərinə görə, bir şey danılmazdır: Ermənistana maliyyə sərmayəsi sayəsində Qərb hələ də erməni xalqının Qərbin bir hissəsi olmaq istədiyi barədə ictimai rəy formalaşdıra bilir. Əslində Qərb heç vaxt Ermənistanı onun bir hissəsi etmək istəməz, sadəcə olaraq Avropa anti-Rusiya ideyasını qidalandırmaqla Politoloq təkidlə deyib ki, "Qərbin Ermənistana verdiyi hər bir vəd yalandır. Süni şəkildə yaradılan təbliğat belədir ki, Qərb alternativdir. Çünki Rusiyanın təhlükəsizlik çətiri çox pis vəziyyətdədir.
"Rusiyanın təhlükəsizlik çətiri, şübhəsiz, 100 faiz effektiv deyil, ancaq onun altında qalıb nəsə almaq başqa, altından çıxıb Rusiyaya düşmən olmaq başqa şeydir. Bunu təbliğ edənlərə sual verirəm: Ermənistan Rusiya ilə düşmənçilik edib dinc yaşaya biləcəkmi?", – deyə Mikayelyan bildirib.
Politoloq Ermənistanın təhlükəsizlik sisteminin şaxələndirilməsi ilə bağlı açıqlamalar verənlərə də xatırladıb ki, diversifikasiya düşmənlərin yox, tərəfdaşların sayının artırılması deməkdir.
"Kim dedi ki, təhlükəsizlik sisteminin diversifikasiyası oyunçuların sayının azaldılması deməkdir, əksinə, bu, sayının artması deməkdir və bu halda Hindistan və digər ölkələr də tərəfdaş Rusiyaya qoşulacaq. Heç kim oyundan kənarda qalmazdı, çünki oyundan kənar ölkələr bizə qarşı neytral qalmayacaq, onlar bizim rəqibimiz olacaqlar", – deyə politoloq fikrini yekunlaşdırıb.
Natiq Səlim,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar
Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi
Futbolçunu ölümü: bu oyunlar təxirə salındı
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı