Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
Rusiyanın son illər kütləvi informasiya vasitələrindən xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün ciddi təhlükə yaradır.
Bunu "Report"a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Naqif Həmzəyev deyib.
O qeyd edib ki, beynəlxalq hadisələrin fonunda Rusiya digər ölkələrdə qeyri-sabitlik yaratmağa çalışır.
N.Həmzəyev Azərbaycan Mətbuat Şurasının "Sputnik Azərbaycan"ın rəhbəri və baş redaktoru jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirmək üçün Azərbaycanda olması ilə bağlı bəyanatına diqqət çəkib:
"Azərbaycan Mətbuat Şurasının bu məsələ ilə bağlı yayımladığı bəyanat, problemin dərinliyini və regional təsirini bir daha gözlər önünə sərir. Bu məsələ yalnız regional deyil, həm də beynəlxalq əhəmiyyət kəsb edir. Mətbuat Şurasının bəyanatında qeyd edildiyi kimi, Rusiya mediasının təsiretmə cəhdləri konkret hadisələrdə özünü büruzə verir və bu Azərbaycanda da konkret formalar alır. 2025-ci ilin fevral ayında Bakıda "Sputnik" media qurumunun akkreditasiyası ləğv edilibsə də, o, "qeyri-qanuni maliyyələşmə" yolu ilə fəaliyyətini davam etdirməyə çalışıb. Rusiya media orqanları tərəfindən həyata keçirilən dezinformasiya kampaniyaları, seçki proseslərində müdaxilə və siyasi qütbləşmənin artırılması kimi metodlar regional sabitlik üçün təhlükə yaradır".
Xatırladaq ki, Mətbuat Şurası bəyanatla çıxış edərək bildirib ki, "Sputnik Azərbaycan" ölkədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin filialı kimi fəaliyyət göstərib.
Turlar.az [newsid: 0-123300]

Bakıda kirayə qalan ailələrə XƏBƏRDARLIQ
Növbəti üç il ərzində büdcə vəsaitləri bu istiqamətlərdə xərclənəcək
Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib
Alen Simonyan Moskvadan soruşdu: "Baza mövzusunu kim qaldırıb?"
İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - FOTOLAR
Vətən müharibəsi veteranlarını SEVİNDİRƏCƏK XƏBƏR
Bu ərazilərdə 3 saat işıq olmayacaq
İspaniya çempion məşqçisi ilə bağlı qərarını verdi
Lənkəranda "Mercedes Vito" TIR-la toqquşdu - Ölən və xəsarət alanlar var
Ermənistan Qərbi Azərbaycanda xalqımızın tarixi irsini məhv edib
Hakan Fidan: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik
Gələn ilin dövlət büdcəsində 3,2 milyard manatlıq kəsir gözlənilir
Zelenskidən Kremlə TƏKLİF: Siyahını masaya qoyun
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Türkiyə generalları Naxçıvanın məşhur kəndinə niyə gedib? – Ankaradan əmr verilib, xüsusi rabitə qurulub – FOTO