Saakaşvili "The Wall Street Journal" nəşrinə məktub yazdı: "Azadlığa çıxacağıma ümid edirəm"

Saakaşvili "The Wall Street Journal" Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin məktubunu dərc edib. Məktubunda o, Rusiya ilə Qərb ölkələri arasında növbəti məhbus mübadiləsi siyahısına düşəcəyinə açıq şəkildə eyham vurub.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı "Gürcüstan Online" nəşri yayıb.
"Avqustun 1-də əsirlərin dəyişdirilməsi nə vaxtsa azadlığa çıxmaq növbəsinin mənə çatacağına dair ümidlərimi canlandırdı. Mən ümidlə yaşayıram, çünki ümiddən başqa mənim heç nəyim qalmayıb", – Saakaşvili qeyd edib.
Eks-prezidentin fikrincə, o, həbsxanada öldürülən Aleksey Navalnı və ya sonuncu mübadilədə azad edilən Vladimir Kara-Murza kimi Kremlin təsirinə müqavimət göstərdiyinə görə Rusiya repressiyalarına məruz qalıb.
"Mən də Rusiya repressiyasına məruz qalmışam, qondarma ittihamlarla altı il həbs cəzasına məhkum edilmişəm və qarşıda cəzamın müddətini daha 11 il artıra biləcək yeni məhkəmələr var. Qara-Murza kimi mən də əsir götürənlər tərəfindən zəhərlənmişəm və yəqin ki, ömrümün sonuna qədər simptomlardan əziyyət çəkəcəyəm" deyə o vurğulayıb.
Saakaşvili hesab edib ki, Rusiya onun hökumətinin uğurlarına nifrət edirdi və Vladimir Putinin 2008-ci ildə Gürcüstana hücumu onun devrilməsinə yönəlib.
"Bu uğursuzluqla nəticələnəndə Putin Gürcüstanda kölgədən hakimiyyət rıçaqlarına nəzarət edən rusiyayönlü oliqarx Bidzina İvanişviliyə əhəmiyyətli dəstək verdi. İvanişvilinin demokratiyanı məhv etmək, xalqın iradəsini boğmaq əzmi yazda etiraz dalğasına səbəb oldu… Putin açıq şəkildə bildirdi ki, mən Qərb maraqlarının alətiyəm. Bu səbəbdən dəmir barmaqlıqlar arxasında qalıram", – siyasətçi bildirib.
Eks-prezident əlavə edib ki, Avropa Şurası onu "Putinin məhbusu" adlandırıb:
"Ukrayna lideri Volodimir Zelenski başqaları ilə yanaşı, mənim azadlığa çıxmağım məsələsi üzərində işləyir".
Rəsmiyyə Şərifova,
KONKRET.az

Siyasi       Tarix: 17 avqust 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Pakistan prezidenti İlham Əliyevi təbrik etdi

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakista

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye


azerbaycan xeberleri yeni xeberler son xeberler son.xeberler xeberler bugun 2026 apa.az xeberler havanın temperaturu