Sabirabadda toyundan bir gün sonra ağır qəza törədən gəncə hökm oxundu

Sabirabadda toyundan bir gün sonra ağır qəza törədən gəncə hökm oxunduSabirabad rayonunda iki nəfərin ölümü, beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinən 2000-ci il təvəllüdlü Mircavad Mirqədirlinin məhkəməsi başa çatıb.
KONKRET.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə 28 avqust 2025-ci il tarixdə, saat 13 radələrində Sabirabad-Şirvan avtomobil yolunun Sabirabad rayonu, Güdəcühür kəndi ərazisindən keçən hissəsində baş verib.
Rahim Əliyevin və Mircavad Mirqədirlinin idarə etdikləri "VAZ-2107" markalı avtomobillər rayonunun Güdəcühür kəndi ərazisində toqquşub. Hadisə zamanı Rahim Əliyev həyatını itirib.
Xəsarət alan şəxslər – Nilay Əlizadə, Mircavad Mirqədirli, Mirtalıb Talıbov, Tənzilə Əliyeva və Rəhim Əlizadə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriblər.
Xəstəxanada Rəhim Əliyevin nəvəsi Nilay Əlizadə də vəfat edib.
Hadisəni törədən Mircavad Mirqədirlinin barəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ittiham elan edilib. İttihama münasibət bildirən Mirqədirli özünü təqsirli bilib. O bildirib ki, hadisədən bir gün öncə toyu olub.
Təqsirləndirilən şəxs qeyd edib ki, avqustun 28-də evdən çıxıb və Şirvan şəhəri istiqamətində gedərkən qarşıdan gələn avtomobil yolunda olan çuxurdan yayınmaq üçün onun yoluna çıxıb:
"Aramızda olan məsafə yaxın olduğu üçün əyləcdən istifadə etməsəm, avtomobillərin toqquşacağını gördüm və idarə etdiyim avtomobili yolun əks istiqamətinə çıxardım. Həmin an qarşıdan gələn avtomobilin öz yoluna qayıtdığını gördüm və öz yoluma qayıdan zaman toqquşma baş verdi".
Məhkəmədə ifadə verən zərərçəkmiş və zərərçəkmiş şəxslərin hüquqi varisləri təqsirləndirilən şəxsə qarşı şikayətçi olmayıblar.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs dörd il 10 ay dörd gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hadisə       Tarix: 04 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA

Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib. Qeyd edə

Tovuzda maşınlar toqquşdu - Xəsarət alan var

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə zamanı rayonun Heydər Əliyev prospektində olub. Belə ki, "Kia" markalı avtomobil ilə "VAZ-2106" markalı avtomobil toqquşub. Hadis

14 yaşlı qız dəm qazından boğuldu - FOTO

Zaqatalada yeniyetmə dəm qazından boğulub. xəbər verir ki, hadisə Zaqatala şəhərində qeydə alınıb. Şəhər sakini, 14 yaşlı Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır

Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var

Bu gün saat 16 radələrində paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində yol-nəqliyyat hadisəsi baş verib. -ya istinadən xəbər verir ki, Əhmədli metrostansiyasının qarşısında "BMW" və "Hyundai" markal

Meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi

Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiyası edilən Tovuz sakini vəfat edib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, Rəşad Məmmədliyevin həkimə gedən zaman qəfil halı pisləşib. Müayinə zamanı onun öldüyü məlu

Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var

Biləsuvarda ağır yol qəzası olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayon sakini, 1986-c

"28 Mall"un qarşısında ölüm - təfərrüat

Bakıda 82 yaşlı Türkiyə vətəndaşı qəfil vəfat edib. -a istinadən xəbər verir ki, hadisə paytaxtın "28 Mall" ticarət mərkəzinin qarşısında baş verib. Belə ki, Nəsimi rayonu, Füzuli küçəsində A.Reşatın həkiməqədə

Kişi arvadını və 3 yaşlı uşağını bıçaqladı

Lənkəran şəhərində kişi həyat yoldaşına və azyaşlı oğluna bıçaqla xəsarət yetirib. KONKRET.azTeleqraf-a istinadla xəbər verir ki, hadisə şəhərin Zərifə Əliyeva küçəsində, "Müəllimlər Binası" kimi tanınan yaşayı

Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-nin mətbuat xidmətində


azerbaycan xeberleri son xeberler yeni xeberler meherremlik 2026 son xeberler azerbaycan hava haqqinda maliyye xeberler bugun