Sahibə Qafarova İspaniyada pakistanlı həmkarı ilə görüşdü
İspaniyada işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 28-də Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərlə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azxeber.com-a verilən məlumata görə, görüşdə Sahibə Qafarova Pakistan parlamentinin rəhbərini səmimiyyətlə salamlayaraq, ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlığın böyük əhəmiyyət daşıdığını bildirib. Azərbaycan və Pakistanın dost və qardaş ölkələr olaraq, hər zaman bir-birini dəstəklədiyini söyləyən Milli Məclisin sədri yüksək səviyyəli münasibətlərin qanunverici orqanlar arasında da əməkdaşlığın genişləndirilməsinə zəmin yaratdığını qeyd edib.
O, bu ilin yayında Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin ölkəmizə rəsmi səfərinin əlamətdar hadisələrlə müşayiət olunduğunu xatırladaraq, səfər çərçivəsində Azərbaycan Milli Məclisi ilə Pakistan Milli Assambleyası arasında imzalanan Anlaşma Memorandumunun, həmçinin Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Birinci Üçtərəfli Görüşündə qəbul edilən Bakı Bəyannaməsinin tarixi əhəmiyyətə malik olduğunu, 3 qardaş ölkənin - Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin ölkəmizin mədəniyyət paytaxtı olan Şuşaya və işğaldan azad olunmuş Füzuliyə səfərlərinin böyük rəmzi məna daşıdığını vurğulayıb.
Spiker Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılmasına dair Azərbaycanın təşəbbüsünü dəstəklədiklərinə görə Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərə razılığını bildirib.
Görüşdə Əsəd Qeysər Azərbaycanla hərtərəfli əməkdaşlığın inkişafında maraqlı olduqlarını vurğulayıb. O, qeyd edib ki, Pakistanın mövqeyi dəyişməzdir, ölkəsi hər zaman Azərbaycanın haqlı mövqeyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib, bundan sonra da dəstəkləyəcək.
Pakistan Milli Assambleyasının sədri post-müharibə dövründə Azərbaycanın bölgədə əmin-amanlığın yaranması istiqamətində mühüm addımlar atdığını, eyni zamanda işğaldan azad olunmuş ərazilərində irimiqyaslı bərpa və quruculuq işləri apardığını təqdir etdiklərini bildirib. O, Şuşaya və Füzuliyə səfər zamanı gördüklərindən çox təsirləndiyini qeyd edib.
Əsəd Qeysər ölkələrimiz arasında əlaqələrin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu, hərtərəfli əməkdaşlığın perspektivdə genişləndirilməsi üçün böyük potensial olduğunu diqqətə çatdırıb, parlamentlərarası əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini bildirib.
Söhbət zamanı ikitərəfli münasibətlərin, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, əlaqələrimizin dərinləşməsinin xalqlarımızın mənafeyinə xidmət edəcəyinə inam ifadə olunub.

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı