"Sahibkarlar dövlət tərəfindən yaradılan şəraitdən düzgün istifadə etməlidir"

"Sahibkarlar dövlət tərəfindən yaradılan şəraitdən düzgün istifadə etməlidir"Azərbaycanda dövlət tərəfindən sahibkarlar üçün hər cür şərait yaradılıb, onlara güzəştli kreditlər verilir, eyni zamanda digər lazımi dəstək göstərilir.
Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov deyib.
Ölkədə biznes mühitinin yaxşılaşdırılması üçün böyük işlər görüldüyünü vurğulayan F.Qaraşov bildirib ki, Azərbaycan məhsullarının ixrac coğrafiyası da genişləndirilir, xarici ölkələrdə ticarət evləri açılır ki, bu da sahibkarlığın davamlı inkişafı üçün möhkəm əsas yaradır:
"Möhrətəm cənab Prezidentin Azərbaycan iqtisadiyyatı, xüsusilə kənd təsərrüfatı üçün göstərdiyi qayğı, imzaladığı sərəncamlar, bölgələrdə keçirdiyi regional müşavirələr, iqtisadiyyatın inkişafı üçün atdığı bütün addımlar biz sahibkarlar tərəfindən çox yüksək qiymətləndirilir və dəstəklənir. Kənd təsərrüfatında Aqrar Subsidiya Şurasının yaradılması meyvəçilik, bitkiçilik sahələrinə verilən subsidiyaların kəskin artmasına böyük töhvə verib. Qeyd etmək istəyirəm ki, kənd təsərrüfatına verilən subsidiyaların məbləğinə görə dünyanın aparıcı ölkələri ilə müqayisədə Azərbaycan ön sıralarda yer alır".
F.Qaraşov bildirib ki, sahibkarlar dövlət tərəfindən onlar üçün yaradılan şəraitdən düzgün istifadə etməli, vergidən yayınmamalı, kölgə iqtisadiyyatından kənar durmalıdırlar:
"Sahibkarların, xüsusilə kənd təsərrüfatı ilə məşğul olan sahibkarların vergidən azad olunmalarını nəzərə alaraq onların kölgə iqtisadiyyatından kənar durmalarını tövsiyyə edərdim. Əmək qanunvericiliyinə uyğun olaraq həm muzdlu, həm də daimi işçilərlə əmək müqavilələrinin bağlanması, heç bir qanun pozuntusuna yol verməmək büdcəyə əlavə vəsaitlərin daxil olmasına gətirib cıxaracaq ki, bu da dövlətin sahibkarlara güzəştləri artırmasına şərait yaradacaq.
Əsas məqsədimiz istehsal etdiyimiz məhsulların dünya standarlarına cavab verməsini təmin etməklə, xüsusi dada malik meyvə və tərəvəzlərimizi "Made in Azerbaijan" brendi altında xarici bazarlara çıxartmaq olmalıdır.
Dövlət başçımızın maliyyə ilə bağlı banklara tapşırığı bölgələrdə kənd təsərrüfatı sahəsi ilə məşğul olan fermerlər üçün mühüm əhəmiyyət kəsb edir. Kredit fazilərinin aşağı salınması, istehlak kreditlərinin azadılması, biznes kreditlərinin artırılması, bankların ancaq Bakı şəhərindən girov istəməsi kimi məsələlərin həll olunması iqtisadiyyatımızın xüsusilə kənd təsərrüfatı sahəsinin sürətlə inkişafına şərait yaradacaq".
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 05 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub - FOTOLAR

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub. Oktyabrın 27–28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altınd

Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib

Azərbaycan və İndoneziya arasında iqtisadi və investisiya əlaqələrinin inkişafı, institusional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran investisiya istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar. Azərbayca

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib

Tədbirin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub. Unibank – Sənin Bankın!. /

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR

 Azərbaycan Hava Yolları və "Sea Breeze"inbirgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafatolaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayı

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta krminal bu gun xeberler bugun 2026 sonxəbərlər