Sarımsaq yağının möcüzəvi faydaları
C, B1 və B6 vitaminləri, dəmir, fosfor, immunartırıcı qidalarla zəngin olan sarımsaq yağı sağlamlığı qorumaq üçün təsirli həll yoludur. Xüsusilə Hindistanda sarımsaq yağı infeksiyaları və qızdırmanı müalicə etmək üçün uzun müddətdir istifadə edilir.
Bu yağ buxar damızdırma üsulu ilə hazırlanır. Təxminən 1 qram distillə edilmiş sarımsaq yağı istehsal etmək üçün 500 qram sarımsaq tələb olunur. Buxar damızdırma üsulu ilə əldə edilən sarımsaq yağı təzə sarımsaqdan təxminən 900 dəfə kəskin qoxuya malikdir.
Milli.Az sarımsaq yağının faydalarını təqdim edir:
- Antibakterial, antiviral xüsusiyyətlərinə görə bədəni bakteriya, göbələk və virusların səbəb ola biləcəyi xəstəliklərdən qoruyur.
- Dəridə sızanaqların və ləkələrin meydana gəlməsinin qarşısını alır.
- Xərçənglə mübarizə aparır.
- Ayaqlarda və bədənin digər hissələrində əmələ gələn göbələkləri sağaldır.
- Yüksək xolesterolu azaldır.
- İmmunitet sistemini gücləndirir.
- Yüksək qan təzyiqini tarazlaşdırır.
- Ürək-damar xəstəliklərinə tutulma riskini minimuma endirir.
- Beynin sağlamlığını yaxşılaşdırır.
- Diş və diş ətindəki ağrıları aradan qaldırır.
- Həzmsizlik problemi üçün yaxşıdır.
- Qəbizliyin aradan qaldırılmasına yardım edir.
- Kəpəyin qarşısını alır.
- Qadınlarda sümük sağlamlığının formalaşmasına mühüm təsiri var.
- Saçda quruma və qaşınma kimi problemlərin qarşısını alır.
- Qulaqdakı ağrıları yüngülləşdirir. (publika.az)
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar