Səfir: "Niderland şirkətlərinin Orta Dəhlizə maraqları artır
Niderland şirkətlərinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TBNM və ya Orta Dəhliz) maraqları artır.
Bunu açıqlamasında Niderlandın Azərbaycandakı səfiri Pauline Eizema bildirib.
Səfir qeyd edib ki, hazırda Niderlandın bir neçə logistika şirkəti Azərbaycanda fəal işləyir: "Amma biz əminik ki, bu sahəyə maraq daha da artacaq və yeni imkanlar açılacaq".
O qeyd edib ki, Rusiya-Ukrayna müharibəsindən sonra şimal marşrutu daha az istifadə olunur, dəniz marşrutu isə çox uzun və əlverişsizdir: "Bu səbəbdən Orta Dəhliz çox yaxşı alternativdir, lakin dəhlizin inkişafına ehtiyac var. Qərb ölkələri Azərbaycanın bu marşrutdakı əhəmiyyətini daha yaxşı başa düşür".
Xatırladaq ki, Orta Dəhliz kimi də tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropanı birləşdirir. 2024-cü ildə TBNM ilə yükdaşımaların həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə onun 5,2 milyon tona qədər artacağı gözlənilir ki, bunun da 4,2 milyon tonu marşrutda iştirak edən ölkələrdən keçəcək. Bu həcmin 2,5 milyon tonu quru yük (96 min TEU ekvivalenti), 1,7 milyon tonu isə neft olacaq.
Marşrutun ötürücülük qabiliyyəti 2027-ci ilə qədər ildə 10 milyon tona çata bilər ki, bu da Azərbaycanın tranzit potensialının genişləndirilməsi və infrastruktura əlavə investisiyaların cəlb edilməsi üçün davamlı zəmin yaradacaq.
///report
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir