Şəhid xanımı: "Doktorantura təhsili almağa hazırlaşıram" - AÇIQLAMA
Şəhid xanımı: "Doktorantura təhsili almağa hazırlaşıram" - AÇIQLAMA
"Ayaq üstə dayanmaq üçün güclü olmağa məcburuq".
Bu sözləri Oxu.Az-a açıqlamasında Lənkəran Dövlət Universitetinin (LDU) magistraturasını fərqlənmə diplomu ilə bitirən Aysel Kazımova deyib.
Xatırladaq ki, LDU-nu fərqlənmə ilə bitirən A.Kazımova şəhid baş leytenant Vüsal Kazımovun həyat yoldaşıdır.
A. Kazımova təhsilini davam etdirmək istədiyini dilə gətirib:
"Motivasiya hər zaman önəmlidir. Mən əminəm ki, həyat yoldaşım məni belə daha çox sevərdi. Möhkəm, ayaq üstə dura bilən qadın olduğum üçün qürur duyardı. Düşünürəm ki, əgər mən çöksəm, bu ona da təsir edərdi. Hər şeydən öncə mən ayaq üstə dayanmaqla onu ayaqda saxlayıram. Yoldaşım şəhid olandan sonra təhsilimi davam etdirmək qərarına gəldim. 2014-cü ildə Lənkəran Dövlət Universitetində bakalavr təhsilini başa vurdum. 2021-ci ildə bu təhsil ocağının Xarici dilin (ingilis dili) tədrisi metodikası və metodologiyası ixtisaslaşması üzrə magistratura pilləsində daxil oldum. Magistraturanı bitirmədiyim üçün universitetdə texniki işçi olaraq fəaliyyət göstərirdim. Həm işlədim, həm də magistratura təhsilini fərqlənmə ilə başa vurdum".
A.Kazımova magistratura təhsili ilə kifayətlənmədiyini, doktoranturaya qəbul olmaq üçün imtahan verməyi düşündüyünü söyləyib:
"Yoldaşımın adına görə, təhsilimi adi diplomla başa vura bilməzdim. Qarşıma məqsəd qoydum ki, fərqlənmə diplomu ilə təhsilimi başa vurum. Elə də oldu. Amma bununla kifayətlənmək olmaz. Təhsilimi davam etdirməyi, doktoranturaya qəbul olmaq üçün imtahan verməyi düşünürəm. Gələcəkdə universitetdə müəllim kimi işləmək fikrim var".
Qeyd edək ki, şəhid baş leytenant Vüsal Kazımov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Onun iki qız övladı yadigar qalıb. Hazırda birinin səkkiz, digərinin üç yaşı var.
Nəzrin Vahid

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR