Səlçuk Bayraktar Türkiyədə müalicə olunan Qarabağ qazilərini qonaq etdi - FOTO
"Baykar" şirkətinin texniki direktoru Səlçuk Bayraktar Türkiyədə müalicə olunan Qarabağ qazilərini qonaq edib.
"Türkiyədə müalicə alan Qarabağ qazisi azərbaycanlı qardaşlarımızı Özdemir Bayraktar Milli İHA Ar-Ge və İstehsalat Kampusunda qonaq etdik. Şəhidlərimizi "Bir millət, iki dövlət" deyərək yad etdik. Şəhidlərimizin ruhu şad olsun!", - deyə "Qarabağ Azərbaycandır" həştəqi ilə "Baykar"ın rəsmi "Twitter" hesabında qeyd edilib.
S.Bayraktar da "Twitter" hesabında qazilərlə fotolar paylaşıb.
Tvitində Azərbaycan və Türkiyə bayraqlarına yer verən Bayraktar qeyd edib:
"Əsirlikdə inləyən Vətənimiz üçün Qarabağdakı şəhidlərimizin ruhu ilə birlikdə bədənlərinin bir hissəsini əbədiyyətə yola saldılar... Eşq olsun Türk ordularına", - deyə o paylaşımında yazıb.
PAYLAŞ
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR