SENSASİYA! Regionda yeni proses - Rusiya "TÜRK NATO"suna qoşula bilər

SENSASİYA! Regionda yeni proses - Rusiya Macarıstan kimi bu ölkənin də müşahidəçi qismində Türk Dövlətləri Təşkilatında təmsilçiliyi mümkündür; müharibə Moskvanı dostları ilə əlaqələri gücləndirməyə sövq edir.
"Türkiyə tamhüquqlu hərbi-siyasi blok yaratmağı planlaşdırır. Türk Dövlətləri Təşkilatı (TDT) Ankaranın rəhbərliyi altında bununla fəal şəkildə məşğuldur".
KONKRET.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Aleksandr Artamonov deyib. "Bu, Azərbaycan, Qırğızıstan və Qazaxıstanı birləşdirəcək vahid enerji və iqtisadi məkan olacaq. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının mövqeyini gücləndirməyə və ona rəhbərlik etməyə çalışır. Azərbaycan Ordusu artıq NATO standartlarına uyğun hazırlanıb, İsrail və Türkiyə silahları ilə silahlanıb. Qırğızıstan və Qazaxıstan getdikcə "Türk NATO-su"na doğru irəliləyir", – o bildirib.
Ekspertin fikrincə, təşkilat nə vaxtsa türkdilli bölgələrin Rusiyadan ayrılmasından danışa bilər. O, bu ssenarini Türkiyə və Azərbaycan hakimiyyətinin Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq siyasətinin bir hissəsi adlandırıb: "Türkiyə Orta Asiya respublikalarında da öz təsirini artırır, oraya fikirlərini aşılayır. Rusiya Türk Dövlətləri Təşkilatına dəvət edilmir, çünki onun təşkilatda iştirakı alternativ təsir mərkəzi yarada bilər. Bununla belə, Rusiyanın təşkilata qoşulma perspektivi artır. Belə bir qərar Türkiyənin BRİKS-ə üzvlüyü müqabilində verilə bilər", – analitik iddia edib. Bəs Rusiyanın TDT-yə qoşulması nə dərəcədə realdır və hansı statusda?
"Türk Dövlətləri Təşkilatının gələcək inkişafına dair mənim baxışlarım tamamilə aydındır. Əminəm ki, bu təşkilatın çox böyük gələcəyi var". Bu sözləri Prezident İlham Əliyev "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında demişdi. Təşkilatı daha da yüksək səviyyəyə qaldırmaq üçün ortaq səylərin lazım olduğunu vurğulayan dövlət başçısı bildirmişdi: "Biz birliyi daha da gücləndirməklə Türk Dövlətləri Təşkilatını dünya çapında güc mərkəzinə çevirməliyik. Bu gün bir neçə beynəlxalq təşkilat var, bəziləri böhran içində, bəziləri tənəzzüldə, Türk Dövlətləri Təşkilatı isə yüksəlişdə".
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli "qeyd etdi ki, Rusiyanın müşahidəçi statusunda TDT-də təmsilçiliyi mümkündür. Onun sözlərinə görə, Avropa İttifaqı və NATO üzvü olan Macarıstan da bu təşkilatda müşahidəçi statusunda iştirak edir. VHP funksioneri bildirdi ki, eynilə Rusiyanın da bu imkanları ola bilər: "Üstəlik, təşkilata üzv olan türk dövlətləri ilə Moskvanın münasibətləri çox yaxşıdır, KTMT və Avrasiya İqtisadi Birliyində birgədirlər. Doğrudur, Kreml Türk Dövlətləri Təşkilatına alternativ qurum kimi qısqanclıqla yanaşa bilər. Bununla belə, Rusiyanın müharibədə üzləşdiyi vəziyyətlə əlaqədar olaraq, bu ölkələrlə əməkdaşlığı gücləndirməyə ehtiyacı artıb. Odur ki, Rusiyanı hələlik müşahidəçi statusu qismində türk platformasında görmək mümkündür. Nəzərə alaq ki, Macarıstan da burada yer alır və o da Rusiya ilə yaxşı əlaqələrə malik olan tək-tük Avropa Birliyi ölkələrindəndir. Digər tərəfdən isə bu platforma Rusiyanın Türkiyə ilə münasibətlərini daha da inkişaf etdirə bilər".
S.Əsədli vurğuladı ki, TDT perspektivi olan təşkilatdır və gələcəkdə vahid ordu sistemi təsis edilə bilər: "Niyə də türkdilli ölkələrin hərbi qanadı olmasın?! Necə ki, KTMT və NATO var. Əslində KTMT üzvü olan ölkələr arasında türkdilli dövlətlər çoxdur. İndi isə dünyada yeni qütbləşmə gedir, müttəfiqlər artır, bloklar meydana çıxır, geopolitik mənzərə dəyişir. O baxımdan Rusiyanın izolyasiya edilməsi prosesində müttəfiqləri ilə münasibətlərini yaxşılaşdırması zəruridir"./Yeni Müsavat"

Siyasi       Tarix: 10 avqust 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Pakistan prezidenti İlham Əliyevi təbrik etdi

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakista

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler bu gun son xeber zelzele krminal bu gun