SEPAH Azərbaycanda özünün cəsus şəbəkəsini qurur - ŞOK TƏFƏRRÜAT

SEPAH Azərbaycanda özünün cəsus şəbəkəsini qurur - ŞOK TƏFƏRRÜATİranla Azərbaycan arasında artan gərginlik fonunda İnqilab Keşikçiləri Korpusunun (SEPAH) tərəfdarlarının bir neçə sosial şəbəkə hesablarında Azərbaycanda "Hüseynçilər" müqavimət hərəkatının yaradıldığı elan edilib.
Azxeber.com virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə "The Middle East Monitor" portalı yazır. Müəllif Ömər Əhməd qeyd edir ki, bu qruplaşma barədə ətraflı heç nə məlum deyil, hərçənd onun 2019-cu ildə Suriya münaqişəsi zamanı formalaşdırıldığı deyilir.
"Lakin hərəkat rəsmən bu günlərdə aktiv edilib. "Hüseynçilər", yaxud "Hüseyniyun" İslam Respublikasının Yaxın Şərqdəki "Müqavimət oxu" (Axis of Resistance) kimi bilinən digər müttəfiqlərinin bütün simvollarına-sarı və yaşıl rənglərin birləşməsinə, hücum silahı tutmuş ələ malikdir", - müəllif bildirir.
Məqalədə qeyd olunur ki, hadisələrin bu cür inkişafı təbii ehtiyatlarla zəngin ölkədə daxili təhlükəsizliyin və siyasi stabilliyin pozulması tendensiyasını başlada bilər. Baxmayaraq ki, Azərbaycan əhalisinin əksəriyyəti şiələrdir, amma uzun illərin sovet idarəçiliyindən sonra o hələ də əhəmiyyətli dərəcədə dünyəvi ölkə olaraq qalır.
"Bu da mühümdür ki, indiki hökumət İsrailin və qardaş Türkiyənin vacib müttəfiqidir. Hərçənd Tehran əvvəllər də öz inqilabını Azərbaycana ixrac etməyə can atıb, amma bu işdə əhəmiyyətli uğur qazana bilməyib. Azərbaycanda 1991-ci ildə təsis edilən İslam Partiyası İran tərəfindən gizli maliyyələşdirildiyinə, hökumət çevrilişinə və ölkədə islam respublikası qurmağa cəhd etdiyinə görə dörd il sonra bağlanıb. Amma partiya fəaliyyətini daha bir neçə il qeyri-leqal davam etdirib və 2011-ci ildə onun lideri Mövsüm Səmədovun həbsi onun fəaliyyətinin kulminasiyası olub", - nəşr yazır.
Müəllif qeyd edir ki, İsrailin kəşfiyyat və terrorçuluq üzrə informasiya mərkəzi Meir Amitin (ITIC) məlumatlarına görə, İnqilab Keşikçiləri Korpusunun "Qüds" qüvvələri Azərbaycanda 90-cı illərin əvvəllərindən fəaliyyət göstərir. "Mərkəzin məlumatlarında deyilir ki, Azərbaycan müstəqillik əldə edəndən bəri "Qüds" qüvvələri ona qarşı pozucu fəaliyyətlə məşğul olub. İranın məqsədi Azərbaycanda destabilizasiya yaratmaq, onun hakimiyyətinə təzyiq göstərmək və ölkənin dünyəvi xarakterini dəyişdirmək, habelə qərbyönümlü oriyentasiyasını dəyişdirmək və İsraillə yaxın münasibətlərinə zərər vurmaqdır", - "The Middle East Monitor" bildirir.
Qeyd edilir ki, Azərbaycan İslam Partiyasının bəzi keçmiş üzvləri 1993-cü ildən fəaliyyətdə olan, İran tərəfindən maliyyələşdirilən "Azəri Hizbullah" və 1995-ci ildə yaradılan, Bakıdakı ABŞ və İsrail səfirliklərinə hücum planlaşdıran "Ceyşullah" yaradıblar.
"Praqmatik nöqteyi-nəzərdən İran Azərbaycan millətçiliyini öz ərazisində böyük sayda azərbaycanlıların yaşamasına görə daxili işlərinə təhdid kimi dəyərləndirir. Bakı ilə əlaqələr saxlamaqla bərabər İran Azərbaycanın qatı düşməni olan Ermənistana daha çox meylli hesab edilir. Məhz bu səbəbdən İran bilir ki, bir vaxtlar Fars imperiyasının və Qacar şah İranının bir hissəsi olmuş qonşularına münasibətdə ehtiyatlı davranmalıdır. İran artıq Türkiyə və Rusiyanın iştirakı ilə ötən ilin payızında Qarabağdakı müharibənin dayandırılması razılaşması baxımından ən çox uduzan tərəf kimi nəzərdən keçirilib. Bununla belə İsrailin Azərbaycanla getdikcə artan yaxınlığı İranda narahatlıq yaradır, ötən həftənin əvvəli İran qəti şəkildə bildirdi ki, regionda hər hansı geosiyasi dəyişikliyə imkan verməyəcək",-ərəb nəşri qeyd edir.
Müəllifə görə, İranın Azərbaycan sərhədləri yaxınlığında keçirdiyi hərbi təlimlərin hansısa eskalasiyaya gətirib çıxarması az ehtimal ediləndir. Amma İran digər Yaxın Şərq ölkələrində olduğu kimi dağıdıcı müxalif qrupları maliyyələşdirmək və ya "Müqavimət oxu" çətiri altında silahlı qrupları dəstəkləməyə yönəlmiş ardıcıl və effektiv siyasətinə üstünlük verə bilər.
"Tehranın Azərbaycanla münasibətləri sözün birbaşa mənasında münaqişəyə gətirib çıxarmayacaq, amma "Hüseynçilər"in meydana çıxması bunun aydın göstəricisidir ki, İranın öz düşmənlərinə qarşı qeyri-ənənəvi vasitələrlə fəaliyyət göstərmək imkanları var", - məqalədə deyilir.

Siyasi       Tarix: 11 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa


yeni xeberler azerbaycan xeberleri son xeberler hava durumu xəbər az azerbaycan son xeber bugun cəbhədən son xeber