Serkan Koç AccessBank əməkdaşları üçün təlim keçdi

Türkiyənin məşhur biznes konsultantı Serkan Koç AccessBank əməkdaşları üçün təlim keçdi. 2 gün davam etmiş təlimlərdə Bankın biznes müştərilərinin cəlbi ilə məşğul olan əməkdaşları iştirak etdilər. Təlimlərdə əsasən orta və iri korporativ müştərilərin idarə edilməsi, effektiv kommunikasiya və müştəri tələblərinin müəyyən olunması mövzuları müzakirə olundu. 
AccessBank-ın Pərakəndə Bankçılıq üzrə İcraçı Direktoru İlkin Quliyev vurğuladı ki, Bankın əsas strategiyası məhz biznes müştərilərə xidmət etməkdir:"Biznes müştərilərimizə yüksək xidmət göstərmək başlıca hədəflərimizdən biridir. Bu səbəbdən Bank olaraq, əsas dəyərimizə - insan kapitalına invesitisiya edirik, komanda üzvlərinin inkişafı üçün təlim və seminarlar təşkil edirik. 2 gün ərzində Serkan bəy beynəlxalq biznes təcrübələri ilə bölüşdü, real keyslərədən nümunələr çəkdi və əməkdaşlarımızla birgə biznes proseslərin optimallaşdırılması üzərində çalışdılar. Təcrübə mübadiləsini kənardan izləmək çox maraqlıdır".
Serkan Koç AccessBank-da keçdiyi təlimdə öyrətməklə yanaşı, özünün də yeni biliklər əldə etdiyini qeyd etdi:"Mən təlimlərdə qarşılıqlı təcrübə mübadiləsinə üstünlük verirəm. Bu mənə hər dəfə yeni biliklər əldeə etməkdə yardım edir. AccessBank əməkdaşları ilə satış və danışıqların aparılması sahələri üzrə müzakirələr apardıq. Təlim zamanı mən də yeni satış üsulları öyrəndim, əməkdaşların iş təcrübələri, real keysləri, yerli bazarın durumu ilə yaxından tanış oldum. AccessBank komandası ilə növbəti görüşləri böyük səbrsizliklə gözləyirəm".
Qeyd edək ki, 27 illik biznes təcrübəsinə malik Serkan Koç Türkiyə, Azərbaycan və Estoniyada bir neçə şirkətin rəhbəri olmaqla bərabər, həm də regionda tanınan konsultantdır. O, rəqəmsal strategiya üzrə məsləhətçi və uğurlu CEO olaraq, digital və biznes transformasiya, innovasiya mədəniyyəti və müştəriyönümlü yanaşmanın müxtəlif aspektləri mövzularında təlimlərlə çıxış edir.
"AccessBank" Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar. 
Serkan Koç AccessBank əməkdaşları üçün təlim keçdiSerkan Koç AccessBank əməkdaşları üçün təlim keçdi

İqtisadiyyat       Tarix: 16 noyabr 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta son xeberler azerbaycan son xeberler az xabarlar