Sərkisyan Gəncə ilə bağlı bunu etiraf edib – Rubinyan
Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan 44 günlük müharibə zamanı İrəvanın Azərbaycan ərazisində mülki hədəfləri vurduğunu söyləmişdi.
KONKRET.az "Teleqraf"a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan bildirib.
"Serj Sərkisyan 44 günlük müharibə zamanı Ermənistan tərəfini Gəncənin mülki əhalisinə hücum etməkdə ittiham edərək, ona qarşı ittihamlar irəli sürmüşdü", – vitse-spiker qeyd edib.
Rubinyan Sərkisyanın sözlərindən sitat da gətirib: "Erməni tərəfi Gəncədə hərbi hədəfləri yox, mülki əhalini hədəfə alıb".
Xatırladaq ki, 44 günlük müharibə zamanı, 2020-ci ilin oktyabr ayında Azərbaycanın Gəncə şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı vaxtlarda hücuma məruz qalıb.
Oktyabrın 4-də baş tutan ilk hücumda 1 mülki şəxs şəhid olub, 30-dan çoxu yaralanıb. İkinci raket hücumu isə 5 oktyabrda baş verib. Hücum nəticəsində 3 mülki şəxs yaralanıb. Üçüncü raket hücumu oktybarın 8-də olub. Həlak olan və yaralanan olmayıb. Dördüncü raket hücumu isə 11 oktyabrda baş tutub, nəticədə 10 mülki şəxs şəhid olmuş və 40-dan çox insan yaralanıb. Mülki şəxsləri hədəf alan beşinci raket hücumu isə 17 oktyabrda baş verib. Hücum nəticəsində hamısı mülki şəxslər olmaqla. 16 nəfər şəhid olub, 55 nəfər isə yaralanıb.

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib