Sərnişin təyyarəsinin iki pilotu kabinədə yumruq davasına çıxdı
Sərnişin təyyarəsinin iki pilotu kabinədə yumruq davasına çıxdı
"Air France" aviaşirkətinin iki pilotu kabinədə dava edib.
Bu barədə aviaşirkətin sözçüsü məlumat verib.
Bildirilir ki, hadisə Cenevrə-Paris reysində baş verib. Kabinədə davaya baxmayaraq, uçuş davam edib.
Məlumata görə, kapitan və köməkçi pilot təyyarə havaya qalxandan dərhal sonra mübahisə ediblər. Münaqişə qızışanda isə biri digərini vurub, bundan sonra onlar bir-birilərinin yaxasından yapışıblar.
Pilotları stüardessalar ayırmalı olublar və onlardan biri uçuşun sonuna qədər pilotlarla birlikdə kabinədə qalıb. Sonda təyyarə təhlükəsiz eniş edib.
Mübahisənin dəqiq səbəbi açıqlanmır.
"Air France" sözçüsü əlavə edib ki, kabinədə yaranan münaqişə uçuşun qalan hissəsinə təsir etməyib. Onun sözlərinə görə, artıq hər iki pilot işdən kənarlaşdırılıb.
Mənbə: The Guardian
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR