Sərnişindaşımalar yeni nəqliyyat planına uyğun icra ediləcək - CƏDVƏL

Sərnişindaşımalar yeni nəqliyyat planına uyğun icra ediləcək - CƏDVƏLSərnişindaşımalar yeni nəqliyyat planına uyğun icra ediləcək - CƏDVƏL
Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq qərarına əsasən, 19 oktyabr saat 00:00-dan "Bakı metropoliteni"ndə sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə əlaqədar sərnişin daşımaları əvvəlcədən hazırlanan nəqliyyat planına uyğun olaraq təşkil ediləcək.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
19 oktyabr tarixindən;
M6 ("28 May" m/st-"H.Aslanov" m/st) ekspress xətti üzrə avtobusların hərəkəti Babək prospektindən keçməklə təşkil olunacaq.
M7 ekspress xətlər üzrə avtobuslar tam yeni hərəkət sxemi ilə fəaliyyət göstərəcək. Bu xətt üzrə avtobuslar Heydər Əliyev prospektindən keçməklə "Sahil" m/st və "Koroğlu" m/st-nı əlaqələndirəcək.
Bu dəyişiklik sayəsində sərnişin tələbatı daha çox olan dayanacaq məntəqələrini, metrostansiyaları əlaqələndirmək mümkün olacaq.
Məlumat üçün qeyd edək ki, sərnişin tələbatına dair son statistik təhlillərə əsas götürülərək 19 oktyabr tarixindən M9 və M10 ekspress xətlərin fəaliyyəti dayandırılacaq. Bu xətlərdən çıxarılan avtobuslar isə sərnişin axını daha çox olan istiqamətlərdə istifadə ediləcək.
Avtobusların sayı və intervalı sərnişin tələbatına uyğun olaraq tənzimlənəcəkdir. Lakin daşımaların rahat və vaxtlı-vaxtında təmin olunması üçün avtobusların maneəsiz hərəkətinə ciddi zərurət vardır.
Əvvəlki müşahidələr onu göstərir ki, gün ərzində xüsusilə pik saatlarında nəqliyyatın hərəkətində yaranan sıxlıqlar avtobuslararası hərəkət intervalının pozulmasına, avtobusların uzun müddət tıxacda qalmasına səbəb olur. Bu isə öz növbəsində dayanacaq məntəqələrində gözləyən sərnişin sayının artmasına və avtobuslarda sərnişin sıxlığının yaranmasını qaçılmaz edir.
Bunu nəzərə alaraq fərdi avtomobil sürücülərindən xahiş edirik ki, avtobusların hərəkət üstünlüyünə anlayışla yanaşsınlar. Xüsusən də avtobusların dayanacaq məntəqələrinə sərbəst giriş-çıxışına şərait yaradılmalıdır.
Dayanma-durma və parklanma qaydalarına ciddi şəkildə əməl olunmalıdır. Nəqliyyat vasitələrinin dayanacaq məntəqələrinin ərazisində, avtobusların hərəkət trayektoriyasında park edilməsinə yol verilməməlidir.
Bununla yanaşı bildiririlk ki,  avtobusa daxil olarkən və səyahət müddətində tibbi maskadan istifadə mütləqdir. Qaydalara riayət olunmadıqda sürücü avtobusu saxlamağa məcbur olacaq ki, bu da hərəkət intervalının pozulmasına, digər sərnişinlərin narahatlığına səbəb olacaqdır.
Sərnişinlərin bu qaydalara əməl etməsi üçün sərnişin axını nəzərə alınmaqla, əsas cəlb etmə məntəqələrində nəzarətçilər xidmət göstərir.
Ölkəmizdə hərbi vəziyyətlə əlaqədar komendant saatının tətbiqini və xüsusi karantin rejiminin davam etməsini nəzərə alaraq daşımalar da məhz mövcud vəziyyətə uyğun təşkil olunur.
Hazırki daşımalar adi rejimdə təşkil olunan daşımalar deyil, vətəndaşlarımızdan da buna anlayışla yanaşmalarını xahiş edirik. /oxu.az

Sosial       Tarix: 17 oktyabr 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son məlumat ensonxeberler valyuta məzənnələri butun xeberler