"Şəxsən mən 3-4 dəfə Ermənistanda olmuşam, onlar da Bakıya gəlməlidir" - Zərdüşt Əlizadədən AÇIQLAMA
Dünən Azərbaycan Ermənistanı COP29 iqlim sammitinə dəvət edib. Hikmət Hacıyev II Qlobal Media Forumunda xarici jurnalistlərə açıqlamasında Muxtar Babayevin (COP29-un prezidenti) Ermənistanın xarici işlər nazirinə dəvət məktubu göndərdiyini bildirib.
Maraqlıdır, Ermənistan Bakının bu jestini necə dəyərləndirəcək? Ermənistan nümayəndələri Bakıya gələcəkmi?
Mözu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, Azərbaycan dövləti beynəlxalq miqyasda mühüm tədbir keçirmək üçün səlahiyyət alıb və bu səlahiyyəti yerinə yetirmək məqəsdilə ölkəmiz BMT-yə üzv olan bütün dövlətlərin hökumətlərinə, o cümlədən Ermənistana rəsmi dəvətnamə göndərib.
"İndi Ermənistanın özü qərar verməlidir ki, bu rəsmi dəvəti qəbul edəcək, ya yox, Bakıdakı tədbirə nümayəndə heyəti göndərəcək, ya göndərməyəcək? Bu, onların öz işidir. Biz COP-29-a ev sahibliyi edən tərəf kimi məsuliyyəti üzərimizə götürərək onlara dəvətnamə göndərmişik. Onlar da Bakıya göndərəcəkləri nümayəndə heyətinin tərkibi ilə bağlı Azərbaycan tərəfini məlumatlandırmalıdır. Azərbaycan tərəfi hətta onlara viza tədarükü də görəcək. Ola bilsin ki, həmin tədbirə gələn nümayəndə heyətini vizadan azad da etsin. Ümumiyyətlə, bu tədbirin təşkili və keçirilməsi mürəkkəb prosesdir".
Zərdüşt Əlizadə hesab edir ki, Ermənistan nümayəndə heyətinin Bakıya gəlməsinin müsbət nəticələri ola bilər:
"Ermənistan nümayəndə heyətinin ölkəmizə gəlməsinin müsbət tərəfləri var. Ermənilər ölkəmizlə tanış olmalı, çoxtərəfli və ikitərəfli görüşlər keçirilməlidirlər. Münaqişə illərində Azərbaycan dövlətinin nümayəndə heyəti dəfələrlə Ermənistana gedib, Ermənistanın da nümayəndə heyətləri Bakıya gəlib. Eyni zamanda, ictimai təşkilatların nümayəndələri Bakıya və Ermənistana qarşılıqlı səfərlər ediblər. Şəxsən mən özüm 3-4 dəfə Ermənistanda olmuşam. 2020-ci ilin əvvələrində də Ermənistana getmişdim. Ermənistanın siyasi xadimləri, dövlət işçiləri və rəhbərləri də Bakıya gəliblər. Yəni COP-29 Azərbaycan və Ermənistan nümayəndə heyətlərini görüşdürəcək ilk tədbir deyil".
Mədinə Useynova
KONKRET.az

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar
Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi
Futbolçunu ölümü: bu oyunlar təxirə salındı
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
"Qalatasaray" "Ştutqart"a qarşı - Start heyətlər
Qazaxıstanın ən yaşlı qadınının sirri nədə idi?
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
Gecə saatlarında sürücünü bıçaqla təhdid edən sərnişin - Saxlanıldı