Simonyan: Azərbaycan Qarabağda əməliyyatı BMT qətnamələri əsasında həyata keçirib
Azərbaycan Qarabağda əməliyyatı BMT qətnamələri əsasında həyata keçirib.
azxeber.com "Report"a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan "Azatutyun" radiosuna müsahibəsində bildirib.
Onun sözlərinə görə, erməni tərəfi İkinci Qarabağ müharibəsi zamanı dünya ictimaiyyətindən istədiyi reaksiyanı almayıb.
"İkinci Qarabağ müharibəsi başlayanda çox məyus olduq, çünki dünya bu savaşa bizim istədiyimiz kimi reaksiya vermədi. Bunun səbəbi həm də legitimliyin olmaması, bizim tərəfimizdən legitimliyin olmaması idi. Azərbaycan Qarabağda azı 3-4 BMT qətnaməsinə əsaslanan əməliyyat keçirdi", - erməni spiker etiraf edib.
Simonyan həmçinin qeyd edib ki, Ermənistana və Azərbaycana düşmən münasibət bəsləyən ölkələr sülh danışıqlarının dalana dirənməsini istəyirlər.
"Biz [İrəvan və Bakı arasındakı] sülh prosesinin dalana dirənməsinə imkan verməməliyik. Məhz Ermənistana, bəlkə də Azərbaycana düşmən münasibət bəsləyən ölkələr bunu istəyirlər", - A.Simonyan vurğulayıb.
Siyasətçi həmçinin sülh müqaviləsinin bağlanması üzrə danışıqların "3+3" platforması çərçivəsində başa çatdırılması təklifinə toxunub.
"Düşünürəm ki, biz belə bir variantı nəzərdən keçirəcəyik, hərçənd, açığı, razılığa gəlmək üçün mövcud olmuş və ya mövcud olan formatdan başqa hər hansı başqa formata niyə ehtiyacımız olduğunu başa düşmürəm", - erməni spiker əlavə edib.

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Bu qış hansı geyimlər dəbdə olacaq? – 2026-2027-ci ilin əsas trendləri
Gəncədə 34 yaşlı kişi bıçaqlandı
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Bərdədə qadın evində ölü tapıldı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub