SOCAR Gürcüstanın Qızılhacılı kəndində idman kompleksi tikir - FOTO
SOCAR Gürcüstanın Qızılhacılı kəndində idman kompleksi tikir - FOTO
SOCAR Gürcüstanda azərbaycanlılar yaşayan Qızılhacılı kəndində idman kompleksi tikir.
SOCAR-dan Oxu.Az-a verilən məlumata əsasən, oktyabrın 21-də Marneuli rayonunun Qızılhacılı kəndində idman kompleksinin təməli qoyulub.
Təməlqoyma mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı Fövqəladə və Səlahiyyətli səfiri Faiq Quliyev, Kvemo-Kartli qubernatoru Şota Rexviaşvili, Gürcüstan parlamentinin üzvü Savalan Mirzoyev və Marneuli şəhərinin meri Zaur Darğallı iştirak ediblər.
İdman kompleksi SOCAR-ın Gürcüstanda həyata keçirdiyi xeyriyyəçilik layihələri çərçivəsində inşa olunacaq.
Qeyd edək ki, SOCAR Gürcüstan iqtisadiyyatına sərmayələr yatırmağa 2006-cı ildən başlayıb və ötən müddətdə minlərlə yeni iş yerləri yaradıb.
Hazırda SOCAR-ın Gürcüstanda Kulevi Neft Terminalı, qazpaylayıcı şəbəkəsi və yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Şirkət kommersiya fəaliyyəti ilə yanaşı Gürcüstanda müxtəlif sosial yönümlü layihələri də həyata keçirir.
Bu layihələrin bir hissəsi Gürcüstanda yaşayan soydaşlarımızın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına və cəmiyyətə daha effektli inteqrasiya olunmasına yönəlidilir.
SOCAR Georgia şirkəti, 2008-ci ildən etibarən Gürcüstanın dövlət universitetlərində təhsil alan və bu ölkənin vətəndaşı olan azərbaycanlıların təhsil haqlarını ödəyir. 2008-2019-cu tədris illəri ərzində ümumilikdə 4159 nəfər azərbaycanlı tələbənin təhsil haqqı SOCAR tərəfindən qarşılanıb.



Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR