SOCAR prezidenti: "Gürcüstanda azərbaycanlıların sosial rifahının yüksəldilməsi əsas vəzifələrimizdən biridir
"SOCAR Gürcüstanda biznes fəaliyyətinin inkişafı ilə yanaşı Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə bu ölkədə yaşayan soydaşlarımızın sosial şəraitinin yaxşılaşdırılması məqsədilə proqramlar həyata keçirir".
Azxeber.com xəbər verir ki, bunu Gürcüstanda səfərdə olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, şirkətin təqaüdü əsasında minlərlə soydaşımız Gürcüstanın ali məktəblərində dövlət dilində ali təhsil alıb və bu proqram gürcüdilli azərbaycanlı kadrların yetişdrilməsində böyük rol oynayıb.
R.Abdullayev hazırda bu proqram çərçivəsində 1 200 nəfərə yaxın azərbaycanlı tələbənin ali təhsil aldığını qeyd edib.
O bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlıların sosial rifahının yüksəldilməsi SOCAR şirkəti qarşısında ölkə rəhbərliyi tərəfindən qoyulan əsas vəzifələrdən biridir: "Gürcüstan hökuməti də azərbaycanlıların sıx yaşadığı bölgələrin inkişafına böyük diqqət ayırır, həmçinin SOCAR-ın layihələrini dəstəkləyir və reallaşdırılması üçün şərait yaradır".
Qeyd edək ki, bu gün SOCAR-ın dəstəyi ilə Marneuli rayonunun Qızılhacılı kəndində inşa olunan idman kompleksi, Laqodexi rayonunun Qabal kəndidə tikilən uşaq bağçasının açılışı olub. Hər iki sosial obyekt şirkət tərəfindən Gürcüstan hökumətinə təmənnasız təqdim olunub.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar