Somali Prezidenti Səngəçal neft terminalı ilə tanış olub

Somali Prezidenti Səngəçal neft terminalı ilə tanış olubAzərbaycanda rəsmi səfərdə olan Somali Prezidenti Hasan Şeyx Mahmud Səngəçal neft terminalında olub.
azxeber.com AZƏRTAC-a istinadən xəbər verir ki, terminalla tanışlıq Xəzər regionunda bənzərsizliyi ilə seçilən Xəzər Enerji Mərkəzindən başlanıb.
Məlumat verilib ki, Azərbaycanın neft-qaz sənayesinin tarixini dolğun əks etdirən bu mərkəz ölkəmizin dünya neft və qaz sənayesindəki rolunu geniş təbliğ edir. Mərkəz 2005-ci ildə Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Gürcüstan və Qazaxıstandan olan yüksəksəviyyəli rəsmi qonaqların iştirakı ilə Prezident İlham Əliyev tərəfindən açılıb. Mərkəzin istifadəyə verilməsi Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışı ilə eyni vaxta təsadüf edib. Burada qonaqlar rəmzi nişan kimi öz əl izlərini qoyub və bu nişan Xəzər Enerji Mərkəzinin rəmzinə çevrilib. Mərkəzin əsas məqsədlərindən biri Azərbaycanın neft və qaz sənayesinin 150 ildən çox olan tarixini nümayiş etdirməkdir.
Ali qonağa respublikamızın neft tarixinin xronologiyası barədə ətraflı məlumat verilib. Bildirilib ki, neft və qaz sənayesi Azərbaycan üçün yalnız iqtisadi dəyər daşımır, o, eyni zamanda, milli qürur mənbəyidir. Dünyada ilk dəfə mexaniki üsulla neft quyusu 1847-ci ildə Bibiheybət ərazisində qazılıb. XIX əsrə qədər dünyada hasil edilən neftin yarısı ölkəmizin payına düşüb. XIX əsrin ikinci yarısında xarici ölkələrin iş adamları Azərbaycanda biznes fəaliyyətinə başlayıblar. Bunlara bütün dünyada tanınan Rotşildlər və Nobel qardaşlarını misal göstərmək olar. Dünyada məşhur olan Nobel mükafatı həm də Alfred Nobelin Bakıdakı neft yataqları üzrə səhmlərinin satışından əldə olunmuş vəsaitlərin toplanması hesabına yaradılıb. İkinci Dünya müharibəsi illərində Sovet İttifaqında neftin 75 faizini hasil edən Azərbaycan ordunu yanacaqla təchiz edərək, Qələbənin əldə olunmasında əhəmiyyətli rol oynayıb.
Ötən əsrin 70-80-ci illəri isə Xəzər dənizinin dərin sulu sektorlarındakı yataqların işlənməsi və neft-kimya sənayesinin inkişafı ilə səciyyəvidir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə nəhəng "Azəri-Çıraq-Günəşli" yatağının işlənilməsi məqsədilə "Əsrin müqaviləsi" kimi tanınan hasilatın pay bölgüsü haqqında müqavilə imzalanıb. Bu müqavilə ölkənin sürətli inkişafına təkan verərək, onu regional enerji mərkəzinə çevirib.
Somali Prezidenti və onu müşahidə edən şəxslər müxtəlif yataqlardan hasil edilən neft nümunələrinə də baxıblar.
Sonra Azərbaycanın neft tarixi və "Cənub Qaz Dəhlizi" layihəsindən bəhs edən videoçarx nümayiş etdirilib. Bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin neft strategiyası çərçivəsində ölkəmizdə irimiqyaslı enerji layihələri həyata keçirilib. Bu layihələrin təməlini qoyan ulu öndər Heydər Əliyev Azərbaycana milyard dollarlarla xarici sərmayələrin cəlb edilməsi üçün çox işlər görüb. İlkin olaraq Xəzərin neft və qaz yataqlarının işlənilməsi və neft kəmərlərinin tikintisinə yönəldilmiş vəsaitlər sonradan digər sahələrin, xüsusilə qeyri-neft sektorunun inkişafına, iri infrastruktur layihələrinin həyata keçirilməsinə, yeni iş yerlərinin açılmasına şərait yaradan gəlir gətirib. Bu gün Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilməsində və artıq özünün xarici sərmayələr yatırmaq iqtidarında olmasında bunun böyük rolu vardır.
Vurğulanıb ki, tikintisinə 2001-ci ildə başlanmış terminalda xam neft üçün ümumi həcmi 880 min barel olan üç çən, baş nasos stansiyası, separatorlar, emal qurğuları və idarəetmə məntəqəsi var. Buraya fiber-optik rabitə kabelləri, sahildən 187 kilometr məsafədə yerləşən dəniz yataqlarından neft və qaz kəmərləri çəkilib.
Ali qonağa xatirə hədiyyələri təqdim olunub.
Sonra Somali Prezidenti avtobusla Səngəçal terminalının ərazisini gəzib. Onlara terminaldakı texnoloji proseslər barədə ətraflı məlumat verilib.
Bildirilib ki, Səngəçal terminalı Azərbaycanın neft və qaz sənayesinin döyünən ürəyi hesab edilir. Terminal Azərbaycanın Xəzər dənizindəki yataqlarından hasil edilən xam neftin və qazın qəbul edildiyi, emal olunduğu, saxlandığı və ixrac edildiyi məkandır. "Azəri-Çıraq-Günəşli" yatağından ötürülən neft və "Şahdəniz"dən nəql edilən qaz terminala daxil olur, əsasən Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri ilə ixrac edilir. Dünyanın ən böyük və səmərəli neft və qaz terminallarından sayılan Səngəçal terminalının sahəsi 550 hektardan çoxdur. Terminalda gündə 1,2 milyon bareldən çox xam neft və 40 milyon kubmetrdən artıq qaz emal edilir. Onun xam neft saxlama həcmi 3,2 milyon barel təşkil edir. Terminalın sahəsi mürəkkəb boru kəmərləri və avadanlıq şəbəkəsi ilə əhatə olunub. Dənizdəki qurğulardan terminala daxil olan boru kəmərləri müxtəlif marşrutlara istiqamətlənməklə Azərbaycanın yüksək keyfiyyətli xam neftini və qazını dünya bazarlarına nəql edir.
Bundan əlavə, terminal Qazaxıstan və Türkmənistan neftini də qəbul edir. "İlkin Neft Layihəsi" və "Səngəçal Terminalının Genişləndirilməsi Proqramı" nəticəsində terminalda hər birinin həcmi 25 500 kubmetr olan və ildə 6 milyon tondan çox xam nefti emal etmək, saxlamaq və ixrac etmək iqtidarında olan 4 çən yerləşir. Terminaldakı idarəetmə mərkəzi Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçən ixrac boru kəmərlərinin fəaliyyətini hərtərəfli nəzarətdə saxlaya, problemləri aşkara çıxara bilir.
Vurğulanıb ki, Səngəçal terminalı öz neft və qaz ixrac sistemləri ilə birlikdə Azərbaycanı Avropa ilə Asiyanın kəsişməsində mühüm bir qovşağa çevirir.
Ali qonağa terminaldakı texnoloji proseslər, o cümlədən "Şahdəniz-2", Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihələri çərçivəsində görülən işlər, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin ilk nefti qəbul edən birinci nasos stansiyası barədə də ətraflı məlumat verilib.

Siyasi       Tarix: 13 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Rubio BƏƏ, Küveyt və Bəhreynə səfər edir - Nələr olacaq?

ABŞ-ın dövlət katibi Rubio rəsmi səfərlər çərçivəsində Yaxın Şərq ölkələrinə yola düşür.   xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Tomi Piqot məlumat yayıb. Səfərin əsas məqsədi Birləşmiş Ərəb Əmirlikləri

Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam

Azərbaycanın Portuqaliyada (Lissabon şəhərində) Səfirliyi təsis ediləcək. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycanın Portuqaliyada (Lissabon şəhərində

Makron: "Aİ Ukrayna nizamlanmasında vasitəçi ola bilməz"

Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqı Şurasının rəhbəri Antonio Koştanı Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Rusiya ilə əlaqələr qurmağa çalışdığına görə tənqid edib. O bildirib ki, təhlükəsizlik təminatlar

İki ölkə arasında imzalanmış sənədlər mübadilə olundu - Fotolar

Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlərin bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, Azərbayca

Xamenei ilə vida mərasiminə Bakıdan o gedəcək

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi heyət İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edəcək. APA-ya istinadla xəbər verir ki, Əli Xameneinin vida mərasimi 4-5 iyu

SON DƏQİQƏ: Paşinyan hərəkətə keçdi - Ermənistanın yeni prezidenti bu şəxs olacaq

Ermənistanda hakim "Vətəndaş Müqaviləsi" partiyasından prezident postuna bir neçə mümkün namizədin adı gündəmə gəlib. KONKRET.azxəbər verir ki, bu barədə "Hraparak" qəzeti məlumat yayıb. Nəşrin iddiasın

Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib

İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində bu gün Azərbaycanın gözəl və təhlükəsiz ölkəyə çevrilib. xəbər verir ki, bu barədə İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qad

Niger Məsləhət Şurasının sədri Azərbaycana işgüzar səfərə gəlib

Niger Respublikası Məsləhət Şurasının sədri Mamoudu Haruna Cinqarey Azərbaycana işgüzar səfərə gəlib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qeyd olunub ki, səfər çərçivəsind

Azərbaycandan Ermənistana min ton dizel göndəriləcək

İyunun 21-də Azərbaycandan Ermənistana ümumi miqdarı min ton olan 17 vaqon dizel yanacağının göndərilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb. Xatırlada


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son xəbərlər xəbərlər.com qurban bayrami 2026 valyuta mezennesi banklar