Son 100 ildə türk tarixində ən şanlı qələbə Azərbaycanın Vətən müharibəsindəki zəfəridir' - Türkiyəli general

Son 100 ildə türk tarixində ən şanlı qələbə Azərbaycanın Vətən müharibəsindəki zəfəridir' - Türkiyəli general8 Noyabr – Zəfər Günü xalqımızın qürur və şərəf günüdür. 44 gün davam edən Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanın gücünü, birliyini və iradəsini bütün dünyaya göstərdi. İndi isə həmin Zəfərdən 5 il ötür. İşğaldan azad olunan torpaqlar dirçəlir, dağıdılmış kəndlər yenidən qurulur, yollar çəkilir, məktəblər, evlər, məscidlər bərpa olunur. Qarabağda həyat yenidən başlayır. Bu gün biz təkcə keçmişin qələbəsini deyil, gələcəyin ümidini də qeyd edirik. Hər bir tikilən bina, səslənən uşaq gülüşü, açılan bayraq o müqəddəs Zəfərin davamıdır.
Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində bildirdiyi kimi bir neçə gündən sonra biz tarixi Zəfərimizin beş illiyini qeyd edəcəyik. Hərbi parad təşkil ediləcək.
Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz azxeber.com-a açıqlamasında bildirib ki, son yüz ilin Türk tarixində ən şanlı və ən mənalı qələbə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı zəfərdir:
"Türk tarixində ən şanlı və ən mənalı qələbə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı zəfərdir. Bu qələbə şəhidlərimizin qanı, qazilərimizin alın təri ilə yoğrulub. Azərbaycan yalnız öz milli güc amillərinə söykənərək "Qarabağ Azərbaycandır" deyə bu qələbəni qazanmışdır.
Bu zəfər xalqın, dövlətin və Ali Baş Komandanın yüksək siyasi və hərbi liderliyinin nəticəsidir. Bu, həm NATO, həm də Varşava konsepsiyalarının taktiki cəhətdən birləşdiyi, müasir və sürətli döyüşlərə nümunə olan, cəsarətin, qəhrəmanlığın və vətən sevgisinin ən yüksək səviyyəyə çatdığı bir zəfərdir".
Ekspert deyib ki, bu qələbə təkcə Azərbaycanın deyil:
"Bu qələbə təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının zəfəridir. 300 milyonluq Türk dünyası Azərbaycanın qazandığı bu uğurdan böyük qürur və sevinc hissi keçirir. Bu, eyni zamanda, güclünün haqlı sayıldığı bir dünyada, Azərbaycanın öz milli gücü, ordusu, xalqı və dövləti ilə qazandığı ədalət zəfəridir. Bu qələbə həm də taktiki və texniki baxımdan müasir silah sistemlərinin inteqrasiyası ilə qazanılmış, yeni döyüş doktrinasının formalaşmasına səbəb olmuşdur. Bu zəfər Türk dünyasının dirçəlişinə və birliyinə təkan vermiş, 2009-cu il Naxçıvan Anlaşmasının davamı kimi Türk Dövlətləri Təşkilatına və Şuşa Bəyannaməsinə yol açmışdır".
Y.Karauz vurğulayıb ki, bu zəfər həm hərbi, həm də siyasi baxımdan böyük əhəmiyyət daşıyır:
"Azərbaycanın çoxəsrlik tarixi boyunca əldə etdiyi ən böyük nailiyyətlərdən biridir. Bu il zəfərin 5-ci ildönümü qeyd olunur. Keçiriləcək Zəfər Paradında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlu, quru, dəniz və hava qüvvələrinin komandirləri və hərbi birləşmələr iştirak edəcəklər. Türkiyə Azərbaycanın sevincinə ortaq olacaq. Zəfər Paradında Azərbaycan yeni silah sistemlərini, birliyini, həmrəyliyini və "dəmir yumruğunu" nümayiş etdirəcək. Zəfərimiz mübarək olsun - yeni zəfərlərdə görüşmək ümidi ilə!".
Şahanə Ziyad

Siyasi       Tarix: 04 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun 2026 butun xeberler cəbhədən şad xəbər xeberler azerbaycan