Son iki ildə gömrük orqanları tərəfindən büdcəyə əlavə 2 milyard manat köçürülüb

Son iki ildə gömrük orqanları tərəfindən büdcəyə əlavə 2 milyard manat köçürülübSon iki ildə gömrük orqanları tərəfindən əlavə 2 milyard manat vəsaitin dövlət büdcəsinə köçürülüb.
Dövlət Gömrük Komitəsindən (DGK) Milli.Az-a verilən məlumata görə, bunu komitə sədri Səfər Mehdiyev "2019-cu ilin 10 ayı ərzində görülən işlər, qarşıda duran vəzifələr" mövzusunda mətbuat konfransında deyib.
S.Mehdiyev tədbirin əvvəlində çıxış edərək cari ilin 10 ayı ərzində görülən işlər, həyata keçirilən islahatlar, tətbiq edilən yeni layihələr və gələcək hədəflər barədə məlumat verib.
Bildirilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan davamlı iqtisadi inkişaf strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən innovativ islahatlar hesabına şaxələndirilərək bütün istiqamətlərdə, o cümlədən gömrük sahəsində uğurlu nəticələrin əldə olunmasına şərait yaradıb.
Komitə sədri aparılan islahatlar, gömrük-keçid məntəqələrində quraşdırılan müasir avadanlıqlar və təkmilləşdirilmiş idarəetmə sistemi hesabına sərhədkeçmə proseslərinin asan və sürətli şəkildə həyata keçirildiyini, sərhədlərdə yerləşən gömrük postlarının buraxılış qabiliyyətinin dəfələrlə artdığını diqqətə çatdırıb.
Şəffaflığın təmin olunması, kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində görülən işlərə toxunan Səfər Mehdiyev uçotun düzgün qurulması məqsədilə atılan addımlardan danışıb, vahid risk platformasının yaradıldığını, görülən işlər hesabına gömrük ödənişlərindən yayınma hallarının və qaçaqmalçılığın qarşısının alınmasında mühüm nailiyyətlərin əldə edildiyini vurğulayıb.
Son iki ildə gömrük orqanları tərəfindən əlavə 2 milyard manat vəsaitin dövlət büdcəsinə köçürülməsini də Komitə sədri həyata keçirilən səmərəli fəaliyyətin nəticəsi kimi qiymətləndirib.
Komitə sədri cari ilin 10 ayı ərzində 3,5 milyona qədər elektron xidmət göstərildiyini, informasiya texnologiyalarının tətbiqi hesabına gömrük sistemində vətəndaş-məmur təmasının minimuma endirildiyini, gələcək hədəfin isə təmasın sıfırlanması olduğunu bildirib.
Eyni zamanda, ölkədə gömrük işinin daha da səmərəli təşkil edilməsi məqsədilə təmsilçilik institutunun təkmilləşdirilməsi istiqamətində atılan addımlardan bəhs olunub, hüquqi şəxslərin 800-dən artıq təmsilçilik üzrə mütəxəssisinin xüsusi imtahanlara və kurslara cəlb edildiyi və prosesin davamlılığının təmin olunacağı bildirilib.
Daha sonra "Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqindən, xarici ticarət dövriyyəsindən, gömrük orqanlarının kadr potensialının gücləndirilməsindən və tətbiq ediləcək yeni layihələrdən bəhs edən Səfər Mehdiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sistemində həyata keçirilən islahatların davamlı xarakter daşıdığını, hərtərəfli dövlət qayğısı ilə əhatə olunan gömrük xidmətinin ölkəmizin iqtisadi təhlükəsizliyinin qorunması, beynəlxalq ticarətin asanlaşdırılması istiqamətində yeni uğurlara imza atacağını diqqətə çatdırıb.
Sonra Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev jurnalistlərin suallarını ətraflı cavablandırıb.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 26 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA

2025-ci ildə iqtisadi fəaliyyət növləri və cins üzrə orta aylıq nominal əməkhaqqına dair göstəricilər qadınlarla kişilərin qazancı arasında fərqlərin mövcud olduğunu göstərir. Məlumatlara əsasən, 2025-ci ildə qadınların ort

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib

Azərbaycan və İndoneziya arasında iqtisadi və investisiya əlaqələrinin inkişafı, institusional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran investisiya istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar. Azərbayca

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub - FOTOLAR

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub. Oktyabrın 27–28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altınd

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeberler bu gun bugünki xəbərlər bu gunun xeberleri haqqinda melumat cəbhədən xəbərlər