Sosial yardımın əlçatanlığı təmin edilir
Sosial yardımın əlçatanlığı təmin edilir
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, digər sosial müdafiə proqramları kimi, ünvanlı dövlət sosial yardımının da əhatə dairəsinin genişləndirilməsi, bu məqsədlə proqramın təyinatının sadələşdirilməsi və aztəminatlı ailələrə əlçatanlığının artırılması üçün işlər davam etdirilir.
Oxu.Az xəbər verir ki, aztəminatlı ailələrə dövlət dəstəyinin gücləndirilməsi tədbirləri ünvanlı dövlət sosial yardımı proqramı çərçivəsində də davam etdirilir və proqramın əhatə dairəsi genişləndirilir.
Buna misal olaraq, aprelin 1-dən 14 aprelədək ünvanlı sosial yarıdımı alanların sayı doqquz min ailə və ya 35 min insan artıb. Ümumilikdə, 14 aprel tarixinə 79 min ailənin 330 min üzvü (həmin ailə üzvlərinin 50 faizdən çoxu uşaqlardır) ünvanlı sosial yardım proqramı ilə əhatə olunur. Hər ailəyə düşən yardımın məbləği 222 manatdır.
Eyni zamanda, hansı ailələrə ki, ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti xüsusi karantin rejimi müddətində bitib, müvafiq qərarla, onlara bu yardımın verilməsi müddəti uzadılıb.
Yəni onlara da karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək sosial yardımın verilməsi davam edəcək.
Hər ailəyə düşən ünvanlı yardımın orta aylıq məbləği də artmaqda davam edir, 2020-ci ilin əvvəli ilə müqayisədə, bu məbləğ 10 faizədək artaraq, 222 manatı ötüb.

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb