Soyuq içilsə xəstəni, isti halda isə COVID-19-u öldürən cövhər hazırlanıb - FOTO
Soyuq içilsə xəstəni, isti halda isə COVID-19-u öldürən cövhər hazırlanıb - FOTO
Qırğızıstanda həkimlər koronavirusu müalicə etmək üçün kəpənəkçiçək (akonit də deyirlər) cövhərindən istifadə edirlər.
24.kg portalının məlumatına görə, bu barədə respublikanın Səhiyyə və Sosial İnkişaf naziri Alımkadır Beyşenaliyev bəyan edib.
Kəpənəkçiçək - Mərkəzi Asiyada geniş yayılmış zəhərli bitkidir. Ondan çıxarılan akonit alkaloid birləşmələrin ən zəhərli maddələrindən biri hesab olunur. Cövhərin soyuq formada istifadəsi çox vaxt ölümlə nəticələnir.
Bununla belə, nazir onun düzgün istifadə edildiyi halda koronavirusa qarşı ən təsirli vasitə olduğunu bildirib.
"Məhlulu özüm hazırlayıram. Sağlamlığa heç bir ziyanı yoxdur. İsti içməlisiniz, iki-üç gündən sonra müsbət PCR testi yox olur, insan dərhal özünü yaxşı hiss edir. Bəlğəmgətirici kimidir, üstəlik şəkər düşür. Hər bir cavabdeh həkim xəstəni izləyir, məhlulu isti halda içərkən yanında olur. Mən özüm də içirəm. Jurnalistlər gəlsə, içə bilərəm və zərərinin olmadığını göstərə bilərəm", - deyə o bildirib.
Nazirin sözlərinə görə, keçən ilin payızında koronavirusun yayılmasının ikinci dalğası zamanı Qırğızıstan həkimləri pasiyentləri kəpənəkçiçəklə müalicə ediblər, lakin bu barədə danışmayıblar. O, cövhərin faydalarının artıq sübut olunduğuna əmin olduğunu ifadə edib.





Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR