Soyuqlarla birlikdə evlərə daxil olan "səssiz ölüm" barədə xəbərdarlıq edildi - FOTO
Soyuqlarla birlikdə evlərə daxil olan "səssiz ölüm" barədə xəbərdarlıq edildi - FOTO
Soyuqların düşməsi ilə bir çoxları evlərini qaz plitələri, ya da qaz sobaları ilə qızdırmağa başlayıblar. Rusiyalı təhlükəsizlik eksperti Sergey Pobedonostsev bunun mümkün fəsadları, o cümlədən "səssiz ölüm" riski barədə xəbərdarlıq edib.
Onun sözlərinə görə, sözügedən əşyalar yalnız birbaşa vəzifələrini yerinə yetirmək üçün nəzərdə tutulub.
"Otağı qazla qızdırdığınız zaman oksigeni yandırırsınız, əvəzinə dəm qazı əmələ gəlir. Beləliklə zəhərlənmək mümkündür", - deyə Pobedonostsev xəbərdarlıq edib.
Mütəxəssis mənzildə zəif ventilyasiya olarsa, bu cür isitmə üsullarını tətbiq etməyin xüsusilə təhlükəli olduğunu bildirib.
O, açıq ocağın başqa risklərinin də olduğunu bildirib.
"Əgər işləyən qaz sobasına bir şey düşsə, bu obyekt dərhal alovlanacaq. Bundan əlavə, başa düşdüyünüz kimi, yanğın yayıla bilər. Mənzildə açıq alov çox pis fikirdir", - deyə mütəxəssis izah edib.
Pobedonostsev soyuğun otağa nüfuz etməməsi üçün təhlükəsiz bir yol olaraq pəncərələri izolyasiya etməyi məsləhət görüb.
"Hətta köhnə dədə-baba üsullarından istifadə edə bilərsiniz, yəni bütün dəlikləri pambıqla, yunla bağlayıb kağızla yapışdırın. Ya da mağazada satılan xüsusi materialların köməyi ilə müasir izolyasiya üsullarından istifadə etmək olar", - deyə təhlükəsizlik eksperti sözlərini yekunlaşdırıb.
Mənbə: Lenta.ru
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR