Suçiçəyi peyvəndi meymunçiçəyindən qoruyur? - İki xəstəliyin oxşar və fərqli əlamətləri

Suçiçəyi peyvəndi meymunçiçəyindən qoruyur? - İki xəstəliyin oxşar və fərqli əlamətləriYaxın zamanlarda ölkədə meymunçiçəyinə ilk yoluxma faktı qeydə alındı. Hələ adını eşidəndə hamının ağlına ilk olaraq suçiçəyi gəlirdi. Adları bir-birinə bu qədər oxşar olan xəstəliklər arasında bənzərlik nə qədərdi? Suçiçəyi üçün vurulan peyvəndlər meymunçiçəyindən də qoruyurmı?
KONKRET.az bildirir ki, mövzu ilə bağlı Trend-ə danışan İnfeksion Xəstəlikləri və Klinik Mikrobiologiya uzmanı Dr. Vasif Əliyev bildirib ki, suçiçəyi və meymunçiçəyi xəstəlikləri xəstəliyin klinikası və adı bənzəsə də, müxtəlif viruslar tərəfindən törədilir.
"Suçiçəyi xəstəliyi varisella virusudur, yəni, bu virus tərəfindən törədilir. Amma meymunçiçəyi dediyimiz xəstəlik Mpoks virusudur. Bu, bildiyimiz çiçək virusuna qohum bir virusdur. Bənzərliyi budur ki, səpkilər törədir. Suçiçəyindən fərqli olaraq səpkilər daha da iri olur. Eyni zamanda bu səpkilər daha çox üz və ətraflarda görülür. Amma suçiçəyi zamanı səpkilər bədənin hər bir yerində yaranır və yüksək qızdırma, qaşıntı, əzələ ağrıları ilə davam edir. Limfa düyünlərinin şişməsi isə daha çox meymunçiçəyi virusuna xarakterikdir", – o əlavə edib.
Həkim vurğulayıb ki, bu iki xəstəliyin diaqnostikası da tam fərqlidir:
"Suçiçəyi virusunun diaqnostikası qan analizi ilə, eyni zamanda səpkilərdən yaxma götürülməsi ilə qoyula bilər. Amma meymunçiçəyi virusunun diaqnostikası həmin şəxsin virusa yoluxanların olduğu bir ölkəyə səfəri, eyni zamanda virusa yoluxmuş adamın təmasda olduğu insanın bədənində hər hansı səpkilərin olması ilə aparılır.
Bu virus heyvanlardan da insanlara keçə bilər. Xüsusilə də meymunlardan, sincablardan, siçovullardan və siçanlardan. Xəstəlik yüksək hərarət ilə başlayır. İnkubasiya dönəmi 6-13 gündür. Təxminən suçiçəyində də bu inkubasiya dönəmi xarakterikdir. Amma səpkilərin fərqli olması bu xəstəliklərin fərqləndirilməsində bizə müəyyən qədər yol göstərir. Meymunçiçəyində qan analizi ilə diaqnoz qoyulmur, səpkilərdən alınan yaxmada Mpoks virusunun DNT-sinin təsdiqi ilə diaqnoz qoyulur".
"Bu iki virusun müalicələri də çox fərqlidir. Bu viruslar simptomatik müalicə ilə sağala bilər, amma ehtiyac halında istifadə olunan virusəleyhinə dərman vasitələri hər virusda fərqli olur. Suçiçəyi bizdə daim görülən bir xəstəlikdir. Bu bütün ölkələrdə və bütün mövsüm ərzində görülür. Amma Mpoks virusu 2022-ci ildən yenidən gündəmə gəlib. Daha çox Afrikada və bu ölkələrdən sonra Avropada da görülür. Suçiçəyindən fərqli olaraq meymunçiçəyi lokal bölgələrdə olur",- deyə həkim əlavə edib.
Trend-ə danışan İnfeksionist Mərdan Əliyev isə suçiçəyi ilə meymunçiçəyi arasındakı fərqləri, eyni zamanda suçiçəyi peyvəndinin meymunçiçəyinə olan təsirini diqqətə çatdırıb.
O bildirib ki, meymunçiçəyi və suçiçəyi xəstəliklərinin bir-biri ilə heç bir əlaqəsi yoxdur:
"Onlar oxşar xəstəliklər deyillər. Sadəcə olaraq onların adlarında olan çiçək sözünə görə, oxşar olduqları düşünülür. Amma bu belə deyil. Onların hər ikisinin adlarına "çiçək" sözünün əlavə edilməsinin səbəbi dəridə səpkilərin olmasıdır. Hər ikisi tamamilə fərqli xəstəliklərdir. Meymunçiçəyi xəstəliyi poksviruslar ailəsinə daxildir və ingilis dilində "monkeypox" adlanır. Suçiçəyi xəstəliyi isə daha mülayim gedişə malik olan herpes viruslar qrupuna daxildir. Herpes viruslar qrupu çox geniş yayılıb. Suçiçəyi ağırlaşması olmayan, yüngül gedişatlı bir xəstəlikdir. Uşaqlar və yaşlılar bu xəstəliyə qarşı daha həssas olurlar. Bu xəstəliyə bir dəfə yoluxmaq olur və əbədi immunitet yaranır".
Həkim qeyd edib ki, meymunçiçəyi xəstəliyi suçiçəyi ilə müqayisədə daha ağır gedişli bir xəstəlikdir.
"Bu xəstəlik zamanı intaksikasiya əlamətləri ön planda olur. Suçiçəyi xəstəliyi hava-damcı yolu ilə yoluxan xəstəlikdir. Meymunçiçəyi xəstəliyi isə təmas yolu ilə yoluxur. Əsasən də yoluxma cinsi yolla olur. Dəridə olan sağalan yaraların sağlam dəriyə dəyməsi ilə bu xəstəlik yayılır. Bu iki xəstəlik tamamilə başqa bir virus, başqa bir xəstəlik olduqları üçün suçiçəyinə qarşı vurulan peyvənd meymunçiçəyi xəstəliyindən qorumur", deyə o əlavə edib.

Sağlamlıq       Tarix: 28 yanvar 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə


azerbaycan xeberleri yeni xeberler son xeberler butun xeberler xəbər az son xeberler bu gun son xeberler bugun 2026 canli