Sülh müqaviləsindən Naxçıvanla bağlı maddə niyə çıxarıldı? - ŞƏRH

Sülh müqaviləsindən Naxçıvanla bağlı maddə niyə çıxarıldı? - ŞƏRHXəbər verdiyimiz kimi, rəsmi Bakı və İrəvan Naxçıvanı birləşdirən marşrut da daxil olmaqla nəqliyyat kommunikasiyalarına dair maddənin sülh müqaviləsindən çıxarılması barədə razılığa gəlib.
Bunu Ermənistan XİN-in sözçüsü Ani Badalyan deyib.
Bəs, qeyd edilən maddənin sülh müqaviləsindən xaric edilməsini zəruri edən amillər hansılardır?
Mövzuyla bağlı Milli Məclisin deputatı Naqif Həmzəyev azxeber.com-a açıqlama verib.
Sülh müqaviləsindən Naxçıvanla bağlı maddə niyə çıxarıldı? - ŞƏRHDeputat bildirib ki, Ermənistan indiyədək hər dəfə müəyyən bəhanələr irəli sürüb, təxribatlar törədərək sülhün bərqərar olmasına əngəl yaradıb:
"Bildiyiniz kimi, Azərbaycan sülhün əldə olunması üçün bütün mümkün alətləri işə salıb. Ötən müddət ərzində sülh danışıqları müxtəlif platformalarda, bəzi dövlətlərin moderatorluğunda keçirilib. Hər dəfə Ermənistan müəyyən bəhanələr irəli sürüb, təxribatlar törədib. Nəticə etibarilə, sülhün əldə olunması çox təəssüflər olsun ki, bu müddət ərzində mümkün olmayıb. Lakin 2024-cü ilin əvvəllərindən başlayaraq Ermənistan və Azərbaycan arasında heç bir vasitəçi olmadan aparılan danışıqlar müəyyən dərəcədə müsbət nəticələr verməyə başladı. Hətta biz Azərbaycan və Ermənistan sərhədlərində delimitasiya və demarkasiya prosesinin də mümkün dərəcədə həyata keçirilməsinə nail ola bildik. Artıq bununla yanaşı, işğal altında olan Azərbaycan kəndləri də ölkəmizə təhvil verildi. Hazırda bu proseslərin növbəti mərhələsi üçün xüsusi komissiyalar işləyir. Bilirsiniz ki, biz tez-tez sülh mətni üzərində düzəlişlər edildiyini və qarşılıqlı olaraq bu yeni mətnlərin əvvəlcə Azərbaycandan Ermənistana, daha sonra isə Ermənistandan Azərbaycana bu prosesin icra edildiyini bilirik.
Onu da bilirsiniz ki, bundan öncə də açıqlamalar olmuşdu ki, sülh danışıqları zamanı sülh mətninin müəyyən hissəsi artıq razılaşdırılıb və burada ən çox mübahisə doğuran məqamlardan biri təbii olaraq Azərbaycan ərazisiylə - yəni Zəngilanla Naxçıvanı birləşdirən dəhlizin və kommunikasiyaların yaradılması məsələsi idi. Ermənistanın öz layihəsi və yanaşması ola bilər, amma əsas məsələ Azərbaycanın bu məsələdə öz istək və maraqlarıdır. Bu baxımdan, ən mübahisə doğuran mövzulardan biri də məhz kommunikasiyaların açılması və işləməsi idi. Biz dünən həm Azərbaycan, həm də Ermənistan tərəfindən rəsmi olaraq sülh danışıqlarından, mətnindən bu kommunikasiyalarla bağlı məsələnin maddəsinin çıxarılmasını öyrəndik. Bu o deməkdir ki, sülhün əldə olunması və sülh müqaviləsinin imzalanması üçün belə bir addım atılmalıdır. Lakin bu o demək deyil ki, sözügedən kommunikasiyaların açılması fəaliyyəti ilə bağlı heç bir razılaşma olmayacaq".
Millət vəkili qeyd edib ki, rəsmi Bakının və İrəvanın bu cür addım atması sülh müqaviləsinin imzalanmasını sürətləndirəcək:
"Bu proses tamamilə ayrı həyata keçiriləcək. Çünki biz sərhədlərin delimitasiya və demarkasiya məsələlərində bunun şahidi olduq. Az mübahisə doğuran və həqiqətən də sürətli həlli mümkün olan məsələlər önə çəkildi. Biz Qazaxın kəndlərinin qeyri-şərtsiz geri-qaytarılmasının şahidi olduq. İndi isə növbəti mərhələ üçün müzakirələr aparılır. Xüsusi əsasnamə hazırlanır. Bu baxımdan da delimitasiya və demarkasiya çox uzun bir prosesdir. Hətta bəzi dövlətlər var ki, bu gün belə öz qonşularıyla bu prosesləri yekunlaşdıra bilmirlər. Buradan belə qənaətə gəlmək olar ki, sülh anlaşması imzalanacaqdır və bu çərçivə sazişi olduqdan sonra delimitasiya və demarkasiya məsələləri mərhələli şəkildə həyata keçiriləcək, eyni zamanda Naxçıvan və Zəngəzuru birləşdirən dəhlizin, o cümlədən dəhliz dediyimiz heç bir maneə olmayan Azərbaycanın qərb bölgəsiylə Naxçıvanı birləşdirən quru yolu - dəmir yolu xəttindən həmçinin enerji resurslarının daşınmasından söhbət gedir.
Burada qalır digər bir məsələ, hansı ki, Ermənistanın Azərbaycan və Türkiyəyə ərazi iddialarının aradan qaldırılması... Bununla əlaqədar Ermənistan ən qısa zamanda referendum etməlidir, öz konstitusiyasına dəyişikliklər edərək Azərbaycan və Türkiyəyə ərazi iddialarını tamamilə sıfırlamalıdır ki, biz digər mərhələlərdə əmin olaq ki, Ermənistanın bu cür niyyətləri yoxdur. Düşünürəm ki, yaxın günlərdə sülh prosesiylə bağlı digər məsələlərə aydınlıq gətiriləcəkdir".
Məsələyə münasibət bildirən "Ağ Partiya" sədrinin müavini, siyasi şərhçi Cavanşir Abbaslı azxeber.com-a açıqlamasında deyib ki, rəsmi Bakı doğru addım atır və sülh müqaviləsi istiqamətində Azərbaycan diktə edən tərəfdir:
Sülh müqaviləsindən Naxçıvanla bağlı maddə niyə çıxarıldı? - ŞƏRH"Rəsmi Bakı ən doğru addımı atır. Ümumiyyətlə, sülh müqaviləsi istiqamətində Azərbaycan diktə edən tərəfdir. Bu da təbiidir. Çünki Vətən müharibəsi kimi savaşda parlaq qələbə qazanan tərəfik. Düşünürəm ki, son bu addımı zəruri edən bir amil də yoxdur. Fikir verirsinizsə, İrəvan regional kommunikasiyalara dair maddənin qarşılıqlı razılaşma əsasında sülh müqaviləsi layihəsindən çıxarıldığı barədə rəsmi Bakının bəyanatını təsdiqləyib. Yəni Azərbaycan tərəfi bu addımı atıb. Biz əvvəldən Naxçıvana dəhlizin olmasında israr edirdik. Erməni tərəf də buna sona qədər qarşı çıxmağa çalışırdı. İndi isə elə bir situasiya yaranıb ki, Azərbaycan bu bəyanatı irəli sürüb. Sülh müqaviləsi yolunda aparılan siyasət Azərbaycanın birbaşa milli və dövlət maraqlarına uyğun aparılır. Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman şəhidlərimizin hesabına II Qarabağ savaşındakı parlaq qələbəmizi diplomatik masaya yatırtmaqdayıq. Bunu da bu yolda atılan addımların davamı kimi qəbul etməliyik. Bu maddənin sülh müqaviləsindən çıxarılması bizim də maraqlarımıza tam uyğundur. Qərb dairələri sülh müqaviləsinin tezliklə imzalanması üçün Azərbaycana müəyyən təzyiqlər də edirdilər, eybi zamanda, Zəngəzur dəhlizini bizimki kimi qəbul etmirdilər. Rəsmi Bakı doğru siyasətinin sonunu bu istiqamətdə gətirərək, buna nail oldu. 
Biz də tezliklə sülh müqaviləsinin əldə olunmasının tərəfdarıyıq. Amma burada məcburiyyət də hiss etmirik. Düşünüb, qərar verməli, Azərbaycanın şərtlərini qəbul etməli tərəf Ermənistandır. Bunu da tezliklə qəbul etməyə məcburdur. Necə ki, bizim bəyanatı təsdiqlədilər".
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfiindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda dərc olunub.
Sülh müqaviləsindən Naxçıvanla bağlı maddə niyə çıxarıldı? - ŞƏRH

Siyasi       Tarix: 09 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Pakistan prezidenti İlham Əliyevi təbrik etdi

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakista

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib


yeni xeberler azerbaycan xeberleri son xeberler son xabarlar metbuat son xabar son xeberler azerbaycan