Sülh Sammitinin birinci ildönümü ilə bağlı - Birgə Bəyanat

Sülh Sammitinin birinci ildönümü ilə bağlı - Birgə BəyanatAmerika Birləşmiş Ştatları, Ermənistan və Azərbaycanın Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin birinci ildönümü ilə bağlı Birgə Bəyanat yayıb.
KONKRET.azAzərbaycan Xarici İşlər Nazirliyinin yaydığı Birgə Bəyanatı təqdim edir:
Bir il əvvəl Prezident Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla birlikdə Ağ Evdə tarixi Sammitə ev sahibliyi edib və Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan sülh üçün Birgə Bəyannamə imzalayıblar.
Üç liderin şahidliyində Ermənistan və Azərbaycanın xarici işlər nazirləri tərəfindən "Ermənistan Respublikası ilə Azərbaycan arasında Sülhün və Dövlətlərarası Münasibətlərin Təsis Edilməsi haqqında Saziş" layihəsi paraflanıb. Bu birinci ildönümdə ölkələrimizin birlikdə əldə etdiyi nailiyyətlərə görə dərin qürur hissi keçirir və onilliklər boyu davam etmiş münaqişəyə son qoyan, Cənubi Qafqazı daha firavan gələcəyə doğru aparan bu təməl üzərində irəliləmək əzmindəyik. Sülhün təmin olunması istiqamətində bu tarixi və mühüm səylərə verilən yüksək qiymətin ifadəsi olaraq, Prezident Əliyev və Baş nazir Paşinyan birlikdə Prezident Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər.
Birgə Bəyannamə ABŞ-ın dəstəyi ilə Ermənistan və Azərbaycan üçün sülhün möhkəmləndirilməsi, rifahın təmin edilməsi və tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində konkret yol xəritəsi müəyyən edib. Cəsarətli liderlərinin bir araya gəlməsindən ötən bir il ərzində bu ölkələr davamlı uğurların təmin edilməsi üçün təməl işlər görüblər.
– Ermənistan və Azərbaycan Ermənistan-Azərbaycan sərhədi boyunca sabitliyi qoruyub saxlayıb və hər iki tərəf münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası və davamlı sabitliyin təmin edilməsi üçün zəruri tədbirlər vasitəsilə etimadın gücləndirilməsi istiqamətində konkret addımlar atmaqdadırlar.
– Multimodal tranzit marşrutu olacaq Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP), infrastrukturun inkişafına rəhbərlik edəcək TRIPP İnkişaf Şirkətinin yaradılmasına dair ABŞ-Ermənistan razılaşması da daxil olmaqla, konkret irəliləyişlər sayəsində ideyadan reallığa çevrilməkdədir. Ermənistanda mühəndis-tədqiqat işləri artıq həyata keçirilməkdədir. Azərbaycan öz ərazisində Ermənistanda TRIPP-ə birləşəcək avtomobil yolu və dəmir yolunun tikintisini demək olar ki, başa çatdırıb. Üç ölkə həmçinin TRIPP marşrutu boyunca elektrik enerjisinin ötürülməsi xəttinin inşasını dəstəkləyir.
– Amerika Birləşmiş Ştatları Cənubi Qafqaz və Mərkəzi Asiyada Transxəzər Ticarət Marşrutuna (Orta Dəhliz) özəl sektor investisiyalarının cəlb edilməsinə dəstək göstərmək məqsədilə Transxəzər Sahibkarlıq Fonduna 201 milyon ABŞ dolları məbləğində vəsait ayırıb.
– Amerika Birləşmiş Ştatları həm Ermənistan, həm də Azərbaycanla yeni ikitərəfli strateji tərəfdaşlıqları müəyyən edən xartiyalar, habelə enerji təhlükəsizliyi, sərhəd infrastrukturu və təhlükəsizliyi, süni intellekt və yarımkeçiricilər sahəsində innovasiyalar və mühüm mineral ehtiyatlar üzrə anlaşma memorandumları imzalamaqla, əlaqələrini daha da dərinləşdirib. Bunlar hər üç ölkənin uzunmüddətli rifahına yönəlmiş sərmayələr olmaqla, artıq konkret nəticələr verib.
– Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin ruhuna uyğun olaraq, Azərbaycan Ermənistana münasibətdə bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırıb. Bir il ərzində Azərbaycan ərazisi vasitəsilə Ermənistana və Ermənistandan təqribən 60,000 ton yük daşınıb. Azərbaycan həmçinin Ermənistanı 20,000 ton neft məhsulu ilə tədarük edib. İki ölkə ikitərəfli ticarətin həcminin artırılması istiqamətində fəaliyyətlərini davam etdirir.
– İki ölkənin telekommunikasiya operatorları regional bağlantı marşrutlarının şaxələndirilməsi, Cənubi Qafqazda etibarlılıq və dayanıqlılığın artırılması və Avrasiya telekommunikasiya şəbəkələrində infrastrukturun inkişafına dəstək verəcək internet sazişi imzalayıb.
– Həll olunmamış münaqişə dövrünün başa çatdığının təsdiqi olaraq, ATƏT-in Minsk Qrupu və əlaqəli strukturlar Ermənistan və Azərbaycanın birgə müraciəti əsasında ləğv edilib.
– Amerika Birləşmiş Ştatlarının dəvəti ilə Ermənistan və Azərbaycan Sülh Şurasına qoşulub, bununla da daha dinc və firavan dünyanın yaradılması istiqamətindəki səylərdə ABŞ-la çiyin-çiyinə olduqlarını nümayiş etdiriblər.
Amerika Birləşmiş Ştatları, Ermənistan və Azərbaycan Ermənistanın və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına sarsılmaz dəstəklərini bir daha təsdiq edirlər.
Hər üç dövlət 8 Avqust Birgə Bəyannaməsinin mətninə və ruhuna uyğun olaraq, onun tam şəkildə həyata keçirilməsinə, habelə regionun fövqəladə iqtisadi potensialının üzə çıxarılmasına sadiq qalır. Bundan əlavə, Amerika Birləşmiş Ştatları Ermənistan və Azərbaycanla imzalanmış ikitərəfli xartiyaların və anlaşma memorandumlarının tam şəkildə həyata keçirilməsinə və hər iki ölkə ilə ikitərəfli münasibətlərinin gücləndirilməsinə sadiqdir.
Həqiqi sülh bir gündə əldə edilmir, bununla belə, Prezident Trampın ifadə etdiyi kimi – verilən vədlər yerinə yetirilir. Azərbaycan və Ermənistanın davamlı sülhə doğru atdığı addımlar dünya üçün nümunə təşkil edir və bu baxımdan biz regionun parlaq və firavan gələcəyini səbirsizliklə gözləyirik.

Siyasi       Tarix: 11 avqust 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Yoxsulluğa necə qalib gəlmək olar? Platonun fəlsəfəsindən "hərbi kommunizm"ə, oradan da dünya inqilabının dilinə

Bir dəfə sərvətini daim artırmağa çalışan, var-dövlət toplamaqdan ötrü narahatlıq keçirən bir insana qədim yunan filosofu Platon belə cavab vermişdi:. "Ey boş yerə çırpınan insan! Var-dövlətini artırmağa deyil, onu artırma

Azərbaycan Vətən müharibəsi dövründə mövqeyinə görə Vyetnama dərindən minnətdardır

Azərbaycan ilə Vyetnam arasında ikitərəfli dialoq ilə yanaşı, beynəlxalq platformalarda, xüsusilə BMT, Qoşulmama Hərəkatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində də sıx qarşılıqlı əlaqə qurulub. Bu sözləri Preziden

Sahibə Qafarova Türkmənistanda işgüzar səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura və 61-ci plenar iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfər edib. Bu barədə -a Mill

Bakı və İrəvan arasında münasibətlər... – Zaxarova

Tərəflərin müraciəti olacağı təqdirdə, Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dəstək göstərməyə hazırdır. KONKRET.azxəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarov

İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibə verib. müsahibəni təqdim edir. - Hörmətli cənab Prezident, ikitərəfli əməkdaşlığın tarixində yeni mərhələnin başlanması ilə əlamətda

Ermənistanda həbsxanada ölən siyasətçi ilə bağlı mübahisə böyüyür

Ermənistan parlamentinin rəhbəri Ruben Rubinyan müxalifətçi siyasətçi Arsen Gevorqyanın həbsxanada ölümünün siyasiləşdirilməsinə qarşı çıxıb. "Armenpress"ə istinadən xəbər verir ki, Rubinyan bu barədə bu gün parlamenti

İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Qonaq, ilk növbədə, Almaniya Federati

Tramp-Putin-Szinpin görüşü - Bəyannamənin tam mətni

Üçtərəfli görüşdən sonra Rusiya, Çin və ABŞ dövlət başçılarının Sülh haqqında Bəyannaməsi qəbul edilib. xəbər verir ki, Kreml bəyannamənin tam mətnini dərc edib. Bəyannamədə bildirilib ki, Rusiya Federasiyasının Prezident

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Türkiyənin Bakıdakı Səfirliyi Azərbaycanı Milli Dirçəliş Günü münasibətilə təbrik edib. KONKRET.azxəbər verir ki, bu barədə səfirliyin X-dəki hesabında paylaşım olunub. "Qardaş Azərbaycanı 17 Noyabr Milli Dirçəliş Gün


yeni xeberler son xeberler azerbaycan xeberleri azerbaycan son xeber bugun en sonxeber bugun xeberler kriminal bugun