Sülhün imzalanmasına zərbə vuracaq ən ciddi amil Aİ-nin müşahidə missiyasıdır' - Deputat

Sülhün imzalanmasına zərbə vuracaq ən ciddi amil Aİ-nin müşahidə missiyasıdır' - Deputat"Avropadan göndərilmiş vizual kəşfiyyatçıların orada olma səbəbləri birmənalı şəkildə Azərbaycan və sərhədyanı kəndlərdəki kəşfiyyat xarakterli bütün məlumatları toplayaraq Avropaya və Ermənistana ötürməkdən ibarətdir. Onların Azərbaycanla sərhəddə gəlməsi sülhün bərqərar olmasına zərbə vuran vacib məsələlərdən biridir. Beynəlxalq səviyyədə bizim tələbimiz ondan ibarətdir ki, bu qüvvələr mütləq şəkildə sərhədboyu əraziləri tərk etməlidirlər".
Bu fikirləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev Avropa İttifaqının (Aİ) dırnaqarası missiyasının Azərbaycanın Ermənistanla sərhəddində yerləşən Gorus şəhərində Azərbaycanla sərhəddə baxış keçirməsinə münasibət bildirərkən deyib.
Deputatın fikirlərinə əsasən, Ermənistanın bu cür təxribata hesablanmış çirkin addımlarına İran reaksiya verməlidir:
"Əsas məqam da odur ki, fevralın 20-də bunların vaxtının bitməsinə baxmayaraq ciddi cəhdlə Avropanın orada qalmasını, qeyri-qanuni mandatını uzatmağa səs veriblər. Bu, ilk növbədə Rusiyanın əleyhinə olan məsələdir. Digər bir tərəfdən, İran buna reaksiya verməlidir ki, NATO qoşunları ordulardan formalaşmış vizual kəşfiyyatçılar həmin ərazidə toplanıb. Başqa mühüm məqamlardan biri də budur ki, məhz İran rəsmi cavab vermirsə, deməli burada hansısa separatçı danışıqlardan söhbət gedə bilər".
Parlamentari hesab edir ki, bu məsələ tamamilə Rusiyanın diqqətində olmalıdır və belə təşəbbüslər sülh müqaviləsinin imzalanmasına ciddi zərbə vura bilər:
"Rusiya istər Azərbaycanın daxili və xarici siyasətinə müdaxilə edə bilməməkdən sonra, istərsə də öz siyasəti fiaskoya uğrayandan, Ukraynada qarşıya qoyulan məqsədlər yerinə yetirilə bilmədikdən sonra Ermənistandan istifadə edərək Cənubi Qafqazda məkrli siyasətini həyata keçirirlər. Buna nə ehtiyac var? Ermənistan Azərbaycan sərhəddində niyə hansısa Avropa Birliyinə (AB) daxil olan ölkələrdən gətirilmiş kəşfiyyatçılar dayanmalıdır? Bu, tamamilə absurd bir məsələdir. Sülh razılaşmasının imzalanmasına zərbə vuracaq ən ciddi amil kimi qiymətləndirilməlidir. Düşünürəm ki, bu çirkin məsələyə Fransa rəhbərlik edir. Hazırda 200 nəfərdən ibarət hərbi nümayəndəliyin açılmasının söhbəti gedir. Bütün proseslər sonda Cənubi Qafqazda yeni münaqişə ocağının yaranmasına gətirib çıxara bilər".
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 30 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbərlər cəbhədən görüntülər ən son xəbərlər bugün azerbaycan son xeber bugun