Suqovuşanın erməni işğalından azad edilməsindən 1 il ötür

Suqovuşanın erməni işğalından azad edilməsindən 1 il ötür2020-ci ilin oktyabrın 3-də Azərbaycan Ordusu hər iki kəndi erməni işğalçılarından təmizləyib.
Həmin gün Suqovuşan və Talışda Azərbaycanın üçrəngli şanlı bayrağı qaldırılıb.
1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Qədim adı Suqovuşan olan, sovet hakimiyyəti illərində Madagiz adlandırılan kənd Tərtər rayonuna birləşdirilən yaşayış məntəqələrindən biridir.
Suqovuşan ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Lakin 1994-cü ilin aprelində yenidən Ermənistan tərəfindən işğal olunub.
Kənd ərazisində Suqovuşan su anbarı və Suqovuşan-1 su elektrik stansiyası yerləşir. Ermənilər Suqovuşanu işğal etdikdən sonra burada hərbi hissələr yaratmışdı. 49971 saylı hərbi hissə Ermənistan ordusunun Qarabağdakı ən yaxşı hərbi hissələrindən biri hesab olunurdu. Bundan başqa, erməni ordusunun "6-cı müdafiə rayonu" kimi qeyd etdiyi 33651 nömrəli hərbi hissə də Suqovuşanda mövqe tuturdu.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin oktyabr ayının 3-də Suqovuşanın erməni işğalından azad olunduğunu açıqlayıb. Daha sonra Ali Baş Komandan həmin dövründə 1-ci Ordu Korpusuna komandanlıq edən general-mayor Hikmət Həsənovu Suqovuşanın işğaldan azad olunması münasibətilə təbrik edib.
Suqovuşan döyüşü Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində şimal-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri hesab olunur. Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborun 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb.
Ermənistan Silahlı Qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə qoşunlarımız tərəfindən artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilib, şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. 5-ci dağatıcı alayın bir neçə bölməsinin şəxsi heyəti döyüş mövqeyini tərk edərək qaçıb.
Suqovuşanın düşməndən azad edilməsi Suqovuşan su anbarından Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi ilə ekoloji tarazlıq təmin olunub.
Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə "Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan adlandırılması haqqında" qanun layihəsi Milli Məclisə göndərilib. Layihə parlamentin 2020-ci ilin oktyabrın 6-da keçirilən plenar iclasında müzakirəyə çıxarılıb və qəbul edilib.
Daha sonra Prezident İlham Əliyev Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında qanunu imzalayıb. Sənədə əsasən, Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndi Suqovuşan kəndi adlandırılıb.
Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 29-da və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
2020-ci ilin oktyabr ayının 3-də erməni işğalından azad olunan Talış kəndi XVIII-XIX əsrlərdə mövcud olmuş Gülüstan məlikliyinin mərkəzi olub. Talış kəndi əvvəllər Ağdərə rayonunun inzibati ərazisinə aid olub. Lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Talış kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir.
Kənd Qarabağ müharibəsinin əvvəlində Ermənistan ordusu tərəfindən işğal olunub. Lakin 1992-ci ilin Ağdərə əməliyyatı zamanı iyunun 16-sı Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənovun 1-ci Goranboy batalyonu və komandir Nazim Bayramovun tank batalyonu (ümumilikdə 8 tank) tərəfindən Tapqaraqoyunlu istiqamətindən birgə sürətli hücum nəticəsində kənd erməni işğalçılarından azad edilib. Hücum zamanı Azərbaycan Ordusunun cəmi 1 əsgəri yaralanmışdı. Lakin 1994-cü ilin aprel ayında hücum edən erməni qüvvələri kəndi yenidən işğal ediblər.
2 aprel 2016-cı il tarixində Talış kəndinin ətrafındakı strateji yüksəkliklər Azərbaycan Ordusunun erməni işğalçılarına qarşı keçirdiyi əməliyyat zamanı düşməndən tam geri alınıb.
2017-ci il fevralın 24-25-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri Talış kəndinin ətrafındakı strateji yüksəklikləri ələ keçirmək məqsədilə təxribat törədiblər. Lakin Azərbaycan Silahlı Qüvvələri keçirdiyi əməliyyat zamanı onların qarşısını alaraq pilotsuz uçuş aparatı olan PUA-nı məhv ediblər.
Qeyd edək ki, oktyabrın 3-də Suqovuşan və Talış kəndləri ilə yanaşı Cəbrayıl rayonun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi də Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilib.
Qarabağ Azərbaycandır!

Sosial     Baxılıb: 362   Tarix: 03 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Ucar Təhsil Sektoruna yeni rəhbər təyin olundu

Ucar Təhsil Sektorunda vakant olan müdir vəzifəsinə yeni müvəqqəti rəhbər təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, bu vəzifəyə Məhəmmədov İsmayıl Həsən oğlu gətirilib. O, bundan sonra Ucar Təhsil Sektorunu

Mopedlə avtomobil toqquşdu: 17 yaşlı kuryer dünyasını dəyişdi

Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Məlumata görə, hadisə zamanı "Chevrolet"

Azərbaycanda da pensiya yaşı 60 olacaq? - AÇIQLAMA

Azərbaycanda aktual məsələlərdən biri olan pensiya sistemi ilə bağlı müzakirələr davam edir. Belə ki, sosial şəbəkələrdə vətəndaşlar müzakirə zamanı pensiya sistemində problemlərin olduğunu mövcudluğu və bu istiqamətdə müxtəli

Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi - Foto

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni təyinat olub. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov Əmr imzalayıb. Əmrə əsasən, Sahib Azər oğlu Gülməmmədo

Kamran Əsədovla bağlı YENİ XƏBƏR

Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitələrin keçirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-ya istinadən xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovu

"Tənbəllik" kimi görünən hal əslində nədir? – Görünməyən yorğunluq

Bəzi insanlar cəmiyyət tərəfindən "tənbəl" kimi qiymətləndirilsə də, mütəxəssislər bunun hər zaman doğru olmadığını bildirirlər. Çox vaxt bu hal insanın daxilən yaşadığı dərin yorğunluq və psixoloji yüklənmə il

Vado Korovin qızı ilə fotosunu paylaşdı

"Space"in keçmiş rəhbəri Vado Korovin paylaşımı ilə diqqət çəkib. V. Korovin qızı ilə paylaşım edib. Onun övladı ilə fotosu maraqla qarşılanıb. /

Həkimlər xəbərdarlıq edir - Səhər bu vərdiş təhlükəlidir

Mütəxəssislər səhər saatlarında edilən bəzi səhvlərin sağlamlığa zərər verdiyini açıqlayıb.  xəbər verir ki, acqarına şəkərli qidaların qəbulu orqanizm üçün risklidir. Bu hal qan şəkərinin kəskin artmasına səbəb olur. Nəticəd

İşləyən vətəndaşların pensiyaları nə qədər artırılacaq? - Deputat AÇIQLADI

Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncam ilə bu ilin əvvəlindən bütün növ əmək pensiyaları indeksləşdirilərək artırıldı. 1 milyon 100 min vətəndaşımızı əhat


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son görüntülər cəbhədən video xeber.az cəbhədən görüntüleri