Suriyanın yeni prezidenti İsrailə görə Türkiyədən kömək istədi - Ankara nə cavab verəcək?
Suriyanın yeni hakimiyyət orqanları İsraillə sərhədi qorumaq üçün Türkiyədən kömək istəyir.
KONKRET.az xəbər verir ki, Müdafiə Nazirliyinin nümayəndələrinin son səfərləri zamanı Ankara ilə Dəməşq arasında bu sahədə əməkdaşlıq ətraflı müzakirə olunub.
Belə ki, Suriya rəhbərliyi Colan təpələrində İsraillə həmsərhəd bölgəni qorumaq üçün Türkiyədən kömək xahiş edib.
Bunun üçün Dəməşqə əsasən Türkiyənin pilotsuz təyyarələrinə, əlavə radar və hava hücumundan müdafiə sistemlərinə ehtiyac var.
Hətta Türkiyənin Suriya ordusuna təlim keçəcəyi və bunun üçün Suriyada iki türk hərbi bazasını yerləşdirməyi planlaşdırdığı haqda iddialar da var. Müvafiq saziş hazırlanır və yaxın gələcəkdə imzalanması planlaşdırılır. Mənbələrin bildirdiyinə görə, bu sənəd Suriyaya təhlükə yaranacağı təqdirdə Türkiyənin yardımını da özündə birləşdirəcək.
Müşviq Tofiqoğlu
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı