Sürücülərə vacib xəbər - Bu yolda qırmızı işıqda keçə bilərsiniz
Paytaxtın bir sıra yollarında ya işqıforlar yoxdur, ya da var, təyinatı üzrə deyil. Məsələn, Xətai rayonu, kənd Əhmədli ərazisindən Məhəmməd Hadi küçəsinə çıxışdakı vəziyyət kimi. Buradakı işıqforların aralarında cəmi 30 metr məsafə olsa da, onlardan ikincisi heç bir işə yaramır, əksinə sürücülərin çaşqınlığına səbəb olur.
Azxeber.com Xəzər TV-yə istinadən xəbər verir ki, bəzi sürücülərisə düşünür ki, məsafədən asılı olmayaraq yanaşı quraşdırılan belə işıqforların hər ikisinin tələblərinə əməl edilməlidir.
Babək prospekti İlə Mikayıl Əliyev küçələrinin kəsişməsində isə vəziyyət tam əksinədir. Belə ki burada işıqforların olmaması nəqliyyatın hərəkətini xeyli çətinləşdirir.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun fikrincə, eyni yol ayrıcında təkrar işqıforun quraşdırılması qanuna zidd deyil. Ancaq bu zaman bəzi qaydalar nəzərə alınmalıdır.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyir ki, kənd Əhmədlidən Məhəmməd Hadi küçəsinə çıxışdakı yanaşı işıqforlardan ikincisi yol hərəkəti qaydalarına zidd olduğu üçün ləğv ediləcək.
Babək prospekti İlə Mikayıl Əliyev küçələrinin kəsişməsindəki dairəyə gəlincə isə...
Mais Ağayevin sözlərinə görə, artıq adı çəkilən ərazidə işıqforların quraşdırılması üçün layihə hazırlanıb və yaxın aylarda bu işlərreallaşdırılacaq.
Xidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR