TANAP Azərbaycanın regiondakı strateji mövqeyini möhkəmləndirmək baxımından vacib layihədir - Vüqar Bayramov

TANAP Azərbaycanın regiondakı strateji mövqeyini möhkəmləndirmək baxımından vacib layihədir - Vüqar BayramovArtıq Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunmuş Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) vasitəsilə "Şahdəniz" qazının kommersiya məqsədi ilə Türkiyəyə nəqlinin ikinci ili tamamlanmaq üzrədir. Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, bu ilin yanvar-may ayları ərzində TANAP ilə Türkiyəyə 1,6 mlrd kubmetr qaz nəql olunub. İstismara veriləndən iyunun 1-dək TANAP-la Türkiyəyə 5,47 mlrd kubmetr qaz ötürülüb. TANAP-ın baş direktorunun bu ayın ortasında verdiyi məlumata görə, iyunun 30-da TANAP-la nəql olunmuş qazın həcmi 6 mlrd kubmetrə çatdırılacaq.
Milli.Az xəbər verir ki, TANAP-ın Azərbaycan və Türkiyə üçün əhəmiyyətini dəyərləndirən millət vəkili Vüqar Bayramov Trend-ə bildirib ki, TANAP Cənub Qaz Dəhlizi layihəsinin vacib elementlərindən biridir: "Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində Azərbaycanın "mavi yanacağı" TANAP vasitəsilə Türkiyə bazarına, TAP vasitəsilə Avropa bazarına ötürüləcək. Türkiyəyə ildə 6 mlrd kubmetr, Avropaya birinci mərhələdə 10 mlrd kubmetr, ikinci mərhələdə 20 mlrd kubmetr qazın ötürülməsi nəzərdə tutulur. Cənub Qaz Dəhlizinin ümumilikdə ötürülmə gücü 31,5 mlrd kubmetrə çatdırılacaq".
O vurğulayıb ki, həm TANAP, həm də bütövlükdə Cənub Qaz Dəhlizi Azərbaycan üçün strateji layihədir: "Cənub Qaz Dəhlizinin reallaşması ilə bağlı müəyyən tərəddüdlər var idi. Çünki xərcləri kifayət qədər böyük idi. Amma Azərbaycan Prezidentinin təşəbbüsü və siyasi iradəsi ilə bu layihə reallaşdı. Bu layihənin ilkin xərcləri 45 mlrd ABŞ dolları məbləğində hesablanırdı, sonra bu məbləğ 38 mlrd ABŞ dollarına qədər azaldı. TANAP və TAP bizim üçün strateji tərəfdaş olan Türkiyə və strateji əməkdaşlıq etdiyimiz Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfə verəcək".
Millət vəkili diqqətə çatdırıb ki, TANAP Türkiyə üçün "mavi yanacaq" idxalının diversifikasiyası baxımından vacibdir. Onun sözlərinə görə, TANAP Azərbaycanın strateji müttəfiqi olan Türkiyəyə alternativ mənbədən təbii qaz nəql etməklə qaz asılılığını xeyli dərəcədə azaltmağa imkan verir.
V.Bayramov TANAP-ın Azərbaycan üçün isə regiondakı strateji mövqeyini möhkəmləndirmək baxımından vacib olduğunu vurğulayıb: "TANAP kifayət qədər ciddi və strateji əhəmiyyətli layihədir. Digər tərəfdən, TANAP ölkəyə daxil olan gəlirlərin artırılmasına xidmət edir. Bütövlükdə mövcud qiymətlərlə Cənub Qaz Dəhlizi Azərbaycana 100 mlrd ABŞ dollarından artıq gəlir vəd edir. Cənub Qaz Dəhlizinin elementi olan TANAP da Azərbaycana valyuta daxilolmalarını artıracaq. Bu, təbii ki, ölkənin enerji satışından əldə edilən gəlirlərinin diversifikasiyasına imkan verəcək. "Mavi yanacağ"ın strateji əhəmiyyət daşıdığını nəzərə alsaq,TANAP bu istiqamətdə sabit valyutanın daxil olmasına şərait yaradacaq".
Millət vəkili əlavə edib ki, TANAP iqtisadi, strateji əhəmiyyəti ilə yanaşı, Azərbaycan Türkiyə münasibətlərinin yeni mərhələyə qədəm qoyması anlamına gəlir. O qeyd edib ki, Azərbaycan son illər Türkiyə iqtisadiyyatına 15 mlrd ABŞ dollarından artıq investisiya qoyuluşu həyata keçirib və TANAP-ın reallaşması həm də bu strateji əməkdaşlığa Azərbaycanın töhfəsi idi: "TANAP Türkiyənin enerji təhlükəsizliyinin formalaşmasına ciddi müsbət təsir göstərir. Düşünürəm ki, bu layihə Türkiyə Azərbaycan münasibətləri baxımından strateji əhəmiyyət daşıyır. TANAP uzunmüddətli dövr üçün bu strateji münasibətləri qorumaq üçün bir təməl yaradır".
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 26 iyun 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR

 Azərbaycan Hava Yolları və "Sea Breeze"inbirgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafatolaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayı

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler bugun 2026 krminal bu gun son xəbərlər bugün 2026 krimnal xeber