TAP yaxın aylarda bütünlüklə qazla doldurulacaq
Trans-Adriatik boru kəmərinin (TAP) bütün hissələri yaxın həftələrdə və aylarda qazla doldurulacaq.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu TAP konsorsiumunun idarəedici direktoru Luka Skyeppati boru kəmərinin Yunanıstan hissəsinin qazla doldurulması münasibəti ilə deyib.
O bildirib ki, növbəti aylar TAP boru kəmərinin istifadəyə verilməsinin təminatı və onun 2020-ci ilin oktyabrınadək sınaqdan keçirilməsi baxımından vacib əhəmiyyət daşıyacaq:
"Yunanıstanda iki kilometrlik sahənin doldurulmasından sonra mərhələli şəkildə yaxın həftələrdə və aylarda Yunanıstan ərazisindəki digər sahələrə, eləcə də Albaniya və İtaliyadakı sahələrə qaz daxil ediləcək".
Qeyd edək ki, Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinin Avropa hissəsini TAP boru kəməri təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaqdır. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.
Milli.Az /news.milli.az

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib