Tapılan batmış ən məşhur qədim gəmilər – TOP 10

Tapılan batmış ən məşhur qədim gəmilər – TOP 10Tapılan batmış ən məşhur qədim gəmilər – TOP 10
Tarix boyu dəfinə tapmaq üçün batmış gəmilərin axtarışına çıxan insanlar çox olub. Müasir  texnologiyalar isə dənizlərin dərinliklərinə enərək xəzinəni çətin yerlərdə də axtarmağa imkan verir.  
Beləliklə, dəfinə axtaranlar tərəfindən tapılmış ən məşhur 10 batmış gəmi haqqında danışacağıq:
Antikiter gəmisi
Tapılan batmış ən məşhur qədim gəmilər – TOP 10Yunanıstanın Antikiter adasının yaxınlığında e.ə. I əsrin əvvəlində batmış bu qədim gəmi yunan ekspedisiyası tərəfindən 1900-cü ildə tapılıb. 1902-ci ilə qədər gəmidən çoxlu xırda əşyalardan savayı, "filosofun başları", oğlan, diskatan, "Antikiter efebi", Herakl, mərmər öküz heykəlləri və bürünc lira çıxarılmışdı.
Ən məşhur tapıntı isə 1902-ci il mayın 17-də arxeoloq Valerios Stais tərəfindən aşkar edilmiş antikiter mexanizmidir.  O, uzun müddət ərzində qədim mexaniki saat hesab olunurdu. Lakin indi belə bir fikir yayılıb ki, bu, kompüterin analoqu olub.
"Nuestra Señora de Atocha"
Tapılan batmış ən məşhur qədim gəmilər – TOP 10Bu ispan gəmisi fırtına nəticəsində Florida sahillərində 6 sentyabr 1622-ci ildə batıb. Gəmi İspaniyaya qızıl və gümüş külçələr, ümumi çəkisi 40 tondan çox olan gümüş sikkələr, həmçinin tütün, mis, silah və zinət əşyaları daşıyırdı. Qaleonun batmasının dəqiq yeri çoxillik axtarışlardan sonra 20 iyul 1985-ci ildə Melom Fişer tərəfindən tapılıb. Suyun dibindən 450 milyon dollar dəyərində dəfinə qaldırılıb.
"Queen Anne"s Revenge"
Tapılan batmış ən məşhur qədim gəmilər – TOP 10"Kraliça Annanın qisası" adlı gəmi 1710-cu ildə "Konkord" adı altında inşa edilib. 1713-cü ildə gəmi İspaniyaya satılıb və sonra Fransanın mülkiyyətinə keçib. 1717-ci ildə Qara Saqqal ləqəbli əfsanəvi dəniz qulduru  gəmini ələ keçirərək onu əlavə toplarla təchiz edib və gəminin adını "Kraliça Annanın qisası" qoyub. 1718-ci ilin iyun ayında isə gəmi Şimali Karolina yaxınlığında saya oturub.
2012-ci ilin aprelində məlum olub ki, amerikalı arxeoloqlar batmış "Kraliça Annanın qisası"nı aşkar ediblər və onun suyun dibindən qaldırılması üzərində işləyirlər. Gəmidən 30-dan çox top və 250 min artefakt çıxarılıb.
"Uida"
Tapılan batmış ən məşhur qədim gəmilər – TOP 10"Uida" gəmisi məşhur dəniz qulduru Qara Sem Bellamiyə məxsus olub. O, 1715-ci ildə Londonda suya salınaraq Afrikadan qul gətirilməsində istifadə olunurdu. Gəmidə quldurluq tarixində ən böyük dəfinə (müasir ekvivalentdə 6-8 milyon dollara müvafiqdir) yığılmışdı. "Uida"da 4,5 ton xəzinə sığışa bilirdi. Gəmi fırtınaya düşüb və riflərə çırpılaraq dağılıb. Nəticədə çoxlu insan həlak olub. "Uida" 1982-ci ildə tapılıb. Gəminin göyərtəsində çoxlu qiymətli artefakt və pul aşkar edilib.
"La Belle"
Tapılan batmış ən məşhur qədim gəmilər – TOP 10Fransanın "La Belle" gəmisi 1684-cü ildə "LaSalle" şirkətinə məxsus üç digər gəmi ilə birlikdə, ərazini müstəmləkəyə çevirmək ümidi ilə göyərtəsində 300 nəfərlə Missisipi çayı boyu üzməyə başlayıb. Gəmi fırtına zamanı batıb və 1995-ci ildə dəniz arxeoloqları tərəfindən aşkar edilib.
Gəminin göyərtəsində alətlər, satmaq üçün nəzərdə tutulmuş mallar, silahlar, şəxsi əşyalar da daxil olmaqla nadir və çox qiymətli artefaktlar tapılıb.
"Vasa"
Tapılan batmış ən məşhur qədim gəmilər – TOP 10Bu İsveç döyüş gəmisi suya 1628-ci ildə buraxılmışdı. O, öz dövrünün İsveç donanmasının ən iri gəmisi olub.  Lakin konstruksiyasında buraxılan səhvlərə görə gəmi çevrilərək batmışdı. "Vasa" 1961-ci ildə suyun dibindən qaldırılaraq bərpa edilmişdi və hazırda məxsusən onun üçün tikilmiş muzeydə yerləşdirilib. Bu, XVII əsrin əvvəlindən indiyə qədər qalmış dünyada yeganə yelkənli gəmidir.
"Mary Rose"
Tapılan batmış ən məşhur qədim gəmilər – TOP 10"Mary Rose" Kral VIII Henrixin dövründə İngiltərə hərbi donanmasının flaqmanı idi. Gəmi 1510-cu ildə Portsmutda suya salınmışdı.
Fransızlarla 1545-ci ildə gedən döyüşdə artilleriya ilə aşırı yüklənmiş gəmi əyilərək su ilə dolmağa başlayıb. "Mary Rose" heyətin əskəriyyəti ilə birlikdə suyun altına gedib. Heyət üzvlərindən cəmi 35 nəfər xilas ola bilib.
1982-ci ildə batmış artefaktların əksər hissəsi və gəminin qalıqları suyun altından qaldırılıb.
"Batu-Hitam"
Tapılan batmış ən məşhur qədim gəmilər – TOP 10Bu ərəb ticarət gəmisi 1200 il əvvəl müasir İndoneziyanın yaxınlığında batıb.  O, 1998-ci ildə xəzinə axtaran tərəfindən tapılıb. "Batu-Hitam"ın göyərtəsində qızıl, gümüş və keramikadan 63 min predmet aşkar edilib.  
Bütün artefaktlar VII-X əsrlərdə Çində hakimiyyətdə olan Tan sülaləsinin dövründə hazırlanıblar.
XII əsrdə Koreya yaxınlığında batmış gəmi
Tapılan batmış ən məşhur qədim gəmilər – TOP 10Cənubi Koreya arxeoloqları 2007-ci ildə XII əsrdə batmış, göyərtəsində əla vəziyyətdə saxlanılmış Koreya farforunun kolleksiyası olan gəmi tapdıqlarını elan ediblər. Kolleksiyaya 2500-dən artıq fincan, qab, piyalə daxildir. Xəzinənin ümumi dəyəri açıqlanmır.
"Gribshunden"
Tapılan batmış ən məşhur qədim gəmilər – TOP 10"Gribshunden" orta əsrlərin Danimarka gəmisidir. O, İsveçin yaxınlığında 1495-ci ildə batıb. 1970-ci ildə aşkar olunsa da, gəminin araşdırılması üzrə işlər 2015-ci ildən başlayıb. Onun göyərtəsində silah, şəxsi əşyalar və paltar da daxil olmaqla, çoxlu maraqlı və qiymətli artefaktlar tapılıb.

Maraqlı       Tarix: 02 may 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO. Tədqiqatçılar qəddar təcrübə aparıblar və dənizin dərinliklərində yaşayan canlılardan birinin yaxın məsafədən 22 kalibrli atış zamanı sağ qala bildiyin

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO. Günəşdə nəhəng ləkə peyda olub. Bu barədə alimlər xəbərdarlıq ediblər. Bildirilib ki, "AR3664" adlandırılan günəş ləkəsi hazırda o qədər böyüyüb ki, Yerdən 15 dəfə genişdir

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO. Əbu-Dabi - səhranın üstündə yüksələn şəhərdir. Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən biri və ölkənin biznes, siyasi

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO. Rusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb. Dəhşətli hadisə orenburql

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO. Böyük Britaniyada timsaha zərbə vuran qadının adı Britaniyanın ilk mülki qəhrəmanlarının kral siyahısına daxil edilib


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler az son xeberler azerbaycan krminal bu gun en son xəbərlər bugün