Tariximizin 20 noyabr günü

Tariximizin 20 noyabr günüKökü tarixin dərinliklərinə söykənən Azərbaycan füsunkarlığı, maddi və mənəvi zənginliyi ilə zaman -zaman yağı fitnəkarlığının hədəfinə çevrilərək tarixən amansız sınaqlarla üz-üzə qalmış, döyüş meydanına çevrilmişdir. Bu yurdun cəsur xalqı bütün sınaqlara sinə gərərək öz əzmini, vüqarını qoruyaraq əsrlərdən-əsrlərə rəşadətlilik, vətənpərvərlik kimi dəyərləri ötürmüş, tarixin daş yaddaşında əbədi qəhrəmanlıq örnəyi kimi mənəvi abidə ucaltmağı bacarmışdır.
XX əsrdə Ana yurdumuzun dilbər guşəsi Qarabağ qonşu Ermənistan seperatçılarının yeni bir fitnəkarlığı ilə üzləşərək tarixin ən acı faciələrinə məruz qaldı. Hələ Pənahəli xan dönəmindən yurdumuzun bu füsunkar guşəsinə göz dikən yağı min bir hiylə ilə onun dağında, daşında saxta imzalar həkk etməklə mənfur niyyətinə nail olmağa çalışsa da, bu əlçatmaz arzularını reallaşdıra bilməmişdi. Hər an məqam gözləyən erməni təcavüzkarları hələ XIX əsrin sonu, XX əsrin əvvəllərindən öz çirkin niyyətlərini həyata keçirmək üçün dəfələrlə münaqişələr, müharibələr törətməyə nail olmuşdurlar. Nəhayət, XX əsrin sonlarında keçmiş SSRİ-nin süqutundan istifadə edən ermənilər xarici havadarlarının köməyi ilə yurdumuzun ayrılmaz hissəsi olan Qarabağı mənimsəmə iddiası ilə müharibəyə başladılar. 30 il davam edən bu müharibədə tərəfindən işğal olunmuş torpaqlarımızda nəinki insanlar, həmçinin maddi-mədəni sərvətlər məhv edilərək amansızcasına talanmışdır.
Azərbaycanın tarixən əzəli-əbədi torpaqlarındam biri olan Ağdam da belə vandallığa məruz qalmış ərazilərimizdəndir. Qədim türk dilində mənası "kiçik qala"anlamını verən Ağdam türk tayfalarının müdafiə məqsədilə tikdiyi kiçik qalalardan biri idi. Sonralar Qarabağlı Pənahəli xan tərəfindən ağ daşdan tikilən bir imarət kimi günəşdən nurlanmış ağ ev adlandırılmışdır.
Arxeoloji qazıntılar zamanı müəyyən olunmuşdur ki, ilk qədim insanlar rayon ərazisində 6-8 min il bindan əvvəl, yəni enolit dövründə yaşamış, məşğuliyyətləri əkinçilik və maldarlıq olmuşdur. Üzərliktəpədəki tədqiqatlar Ağdamın Zaqafqaziyada zəngin abidələri olan ilk şəhər tipli yaşayış məskənlərindən olduğunu sübut edir.
Erməni qəsbkarları 1993-cu il 23 iyul tarixində Ağdamın 73 faiz ərazisini işğal altına almağa nail olmuşdular. Ağdamın 882 kvadrat kilometri rayon mərkəzi ilə birlikdə 90 kəndi işğal olunmuş, 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olmuşdur. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmışdır.
İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. 
Bu tarixi ərazinin maddi-mənəvi abidələrlə yanaşı təbiətinə də amansız zərbə vuran düşmən meşələri kütləvi şəkildə istismar edir, flora və fauna aləmini məhv edərək kütləvi yanğınlar vasitəsilə ekoloji mühit üçün ciddi təhlükə yaratmaqdan belə çəkinməmişdir. 
Tarixin sərt sınaqlarından əzmkarlıqla çıxan cəsur Azərbaycan əsgərinin rəşadəti  və tarixin daş yaddaşında "Dəmir Yumruq"imzası ilə əbədiyyət səhifəsi açan Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinin şanlı zəfəri kimi həkk olunan 44 günlük müharibənin nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal altında olan ərazisi Azərbaycana təhvil verildi. Bu isə böyük insan təlafatının qarşısını alan uğurlu siyasətin nəticəsi idi.
Ağdamın düşməndən azad edilməsilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 5790 hərbi qulluqçu "Ağdamın azad edilməsinə görə"medalı ilə təltif olundu.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olub.
Hazırda işğaldan azad olunmuş hər bir ərazimizdə olduğu kimi Ağdamda da bərpa-quruculuq işləri aparılmaqdadır. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olunub.
Azərbaycan tarixinin möhtəşəm səhifəsi olan 44 günlük Zəfər 30 illik həsrətə, 30 illik acılara son qoyaraq düşmənə bir daha öz zəifliyini, ədalətsizliyini sübut edən tarixi dərs oldu. Bu böyük qələbənin şahidi olan Azərbaycan xalqı Bütöv Azərbaycan üzərində qürurla dalğalanan üçrəngli bayrağımızın kölgəsində İlhamlı gələcəyin sülh nəfəsli, xoş taleli günlərinə doğru irəliləməkdədir. 
Bikə Allahverdiyeva
Xırdalan şəhər 11 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi / azxeber.com

Siyasi       Tarix: 21 noyabr 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca


son xeberler yeni xeberler azerbaycan xeberleri son xəbərlər cəbhədən xəbər son.xeber en son xeberleri