TƏBİB: "Azərbaycanda yanıq xəstələrinə xidmət üçün mərkəz yaradılacaq" - FOTO
TƏBİB: "Azərbaycanda yanıq xəstələrinə xidmət üçün mərkəz yaradılacaq" - FOTO
17 oktyabr 2020-ci ildə Heydər Əliyev Fondunun dəstəyi, TƏBİB-in təşkilatçılığı ilə yeni yanıq müalicə mərkəzinin yaradılması ilə əlaqədar TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı və məsul əməkdaşlar Türkiyə Yanıq Koordinatoru, Ankara Şəhər Xəstəxanası Yanıq Müalicə Mərkəzinin rəhbəri pr. Ahmet Çınar Yastı və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçiriblər.
Bu barədə TƏBİB məlumat yayıb.
Məlumatda, qeyd edilib ki, TƏBİB-in fəaliyyətində ən vacib istiqamət hər bir Azərbaycan vətəndaşı üçün tibbi xidmətlərin əlçatanlığının və keyfiyyətinin təmin edilməsidir. Müvafiq araşdırmaların nəticəsi göstərir ki, ölkəmizdə yanıq xəstələrinin müalicəsi ən zəruri istiqamətlərdən biridir. Artıq bu profil üzrə fəaliyyətin operativ həyata keçirilməsi məqsədilə yanıq xəstələrinə xidmət etmək üçün yeni mərkəzin yaradılması planlaşdırılır. Eyni zamanda bu istiqamətdə yüksək kvalifikasiyalı işçilərin sayının az olmasını, yanıq xəstələrinə qulluğun uzunmüddətli və zəhmət tələb edən proses olduğunu nəzərə alaraq, həmin müəssisənin fəaliyyətə başlaması ölkə səhiyyəsi üçün mühüm addım olacaq.
Sonda İdarə Heyətinin sədri Ramin Bayramlı qonaqlara öz təşəkkürünü bildirdi, Türkiyənin dost-qardaş ölkə olaraq hər bir sahədə Azərbaycana dəstək verməsinin bizi qürurlandırmasını və daha da gücləndirməsini xüsusi vurğuladı.







Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR