TƏBİB-də yeni TƏYİNAT - DOSYE + FOTO

TƏBİB-də yeni TƏYİNAT - DOSYE + FOTOTibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna yeni rəhbər təyin olunub.
KONKRET.az xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov əmr imzalayıb.
Əmrə əsasən, institutun direktoru vəzifəsi Pərvin Əkbərova həvalə olunub.
Məlumatı TƏBİB-dən təsdiqləyiblər.
Bildirilib ki, V.Qurbanov bu gündən etibarən vəzifəsinin icrasına başlayan yeni direktoru kollektivə təqdim edib.
Bununla da, uzun müddət özəl sektorda uğurla fəaliyyət göstərən uzmanlıq dərəcəsinə malik menecer həkimlərin TƏBİB-in tabeliyində fəaliyyət göstərən dövlət tibbi müəssisələrinə transformasiyasına başlanılıb.
Təqdimetmə mərasimində çıxış edən V.Qurbanov Pərvin Əkbərovun uzun müddət özəl sektorda uğurla çalışdığını, bundan sonra da öz təcrübəsini Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun fəaliyyətinin yenidən uğurla təşkil olunmasına yönəldəcəyinə əminliyini ifadə edib.
Daha sonra, Vüqar Qurbanov Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun fəaliyyəti, yaradılan şəraitlə yaxından tanış olub, terapiya mərkəzlərindəki mövcud vəziyyətlə maraqlanıb, həkim heyətinin təkliflərini dinləyərək, tövsiyyələrini verib.
Qeyd edək ki, Pərvin Əkbərov Tehran Sosial Rifah və Reabilitasiya Elmləri Universitetinin, Reabilitasiya və Fizioterapiya üzrə uzmanlıq, İspaniya Milli Tibb Elmləri Universiteti Osteopatik Klinik Reabilitasiya üzrə Fəlsəfə Doktoru dərəcəsinə malikdir.
İxtisasca reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mutəxəssis, osteopat olan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutun yeni direktoru Tusi Memorial Klinikasında şöbə müdiri, Koreya Şərq təbabəti klinikasında Fizioterapiya və reabilitasiya şöbəsinin müdiri, Respublika Dioqnostika Mərkəzində Fizioterapiya və Reabilitasiya şöbəsinin müdiri vəzifələrində çalışıb. O eyni zamanda, 2015-2017-ci il Gəncə Reabilitasiya Mərkəzində tibbi direktor, 2011-ci ildən bu günə qədər Azərbaycan Respublikası Milli Karate Federasiyasının həkimi, eləcə də, 2018–ci ildən bu günə qədər isə Gəncə Beynəlxalq xəstəxanasında şöbə müdiri kimi fəaliyyətini davam etdirib.
Türkiyə, Rusiya, Amerika, Kanada, Almaniya, İspaniya, Niderland, İran, Çexiya, Cənubi Afrika və Hindistan kimi ölkələrdə müxtəlif beynəlxalq sertifikasiyalı konfrans və təlimlərdə uğurla iştirak edib. "A.I.M.S" İdman həkimləri üzrə İtaliya Assosiasiyasının üzvüdür. Bundan başqa, Pərvin Ələkbərov bir çox elmi məqalələrin də müəllifidir. Tibb sahəsində bir sıra mütərəqqi yenilik və texnologiyaların tətbiqi məhz onun adı ilə bağlıdır.
TƏBİB-də yeni TƏYİNAT - DOSYE + FOTO

Sağlamlıq       Tarix: 23 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bu gun xankendi siyaseti xeberler bugun cəbhədən xəbərlər