TƏBİB sağlamlıq haqqında arayış alan valideynlərə müraciət etdi

TƏBİB sağlamlıq haqqında arayış alan valideynlərə müraciət etdi"Yeni tədris ilinin başlanılması ilə əlaqədar ümumtəhsil müəssisələrindən tələb olunan sağlamlıq haqqında arayışların verilməsi zamanı müraciətlərin çox olması səbəbindən tibb müəssisələrində sıxlıq müşahidə olunur. Hazırda növbə prinsipi əsasında arayışların verilməsi həyata keçirilir".
Bu barədə KONKRET.az-a TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, daha çox sıxlığın qeydə alındığı Abşeron Rayon Mərkəzi Xəstəxanasında 3 qeydiyyatçı, pediatr, nevropatoloq, oftalmoloq, cərrah, kardioloq olmaqla 17 həkim, rentgen və qan kabinetləri üzrə isə 7 tibb işçisi 1 000-dən çox müraciət üzrə xidmət göstərməkdədir.
Yaranan sıxlıqla əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov Abşeron Rayon Mərkəzi Xəstəxanasında olub, xidmətin təşkili ilə yerində maraqlanıb, irad və tövsiyələrini bildirib. Eyni zamanda, Vüqar Qurbanov Abşeron Rayon Mərkəzi Xəstəxanasının və TƏBİB-in aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tibbi xidmətin təşkili və çatışmazlıqların aradan qaldırılması ilə bağlı tapşırıqlar verib.
"Valideynlərdən müraciətin çox olmasını və arayışların verilməsi üçün uşaqların zəruri tibbi müayinələrdən keçmələrinin müəyyən zaman tələb etdiyini nəzərə alaraq məsələyə həssas yanaşmalarını və səbirli olmalarını xahiş edirik", – məlumatda deyilir.

Sağlamlıq       Tarix: 07 sentyabr 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə


son xeberler yeni xeberler azerbaycan xeberleri futbol xeberleri qurban bayrami 2026 cəbhədən son xeber sonxabar az